Rəssam Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisi nümayiş olunub

Rəssam Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisi nümayiş olunub
# 28 sentyabr 2022 19:26 (UTC +04:00)

Azərbaycanlı rəssam, Beynəlxalq İncəsənət Assosiasiyası, UNESCO Beynəlxalq Plastik Sənədlər Assosiasiyası və Türkiyənin Bakırköy Rəssamlar Dərnəyinin üzvü Lətafət Məmmədovanın "Rənglərin sirri" adlı fərdi sərgisi nümayiş olunub.

APA xəbər verir ki, Müasir İncəsənət Muzeyində baş tutan nümayişdə tanınmış incəsənət nümayəndələri, rəssamlar və media əməkdaşları iştirak edib.

Oktyabrın 5-nə qədər nümayiş olunacaq sərgidə rəssamın ümumilikdə 70-dən çox əsəri yer alır.

Qeyd edək ki, Lətafət Məmmədova 2018-ci ildə Türkiyənin "Onur" mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR