Rusiya EXPO-2030-a ev sahibliyi üçün Moskvanın namizədliyini geri götürüb

Rusiya EXPO-2030-a ev sahibliyi üçün Moskvanın namizədliyini geri götürüb
# 23 may 2022 14:45 (UTC +04:00)

Rusiya EXPO-2030 sərgisinə ev sahibliyi hüququ üçün Moskvanın namizədliyini könüllü olaraq geri götürmək qərarına gəlib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyası Moskvanın EXPO 2030-a ev sahibliyi hüququ üçün namizədliyini könüllü olaraq geri götürmək barədə prinsipial qərar qəbul edib: “Müvafiq bildiriş 23 may 2022-ci il tarixində Beynəlxalq Sərgilər Bürosuna müvafiq qaydada təqdim edilib".

Rusiya XİN bu qərarın hazırkı şəraitdə Moskvanın EXPO-2030 sərgisinə ev sahibliyi etmək iddiasının ədalətli və qərəzsiz qiymətləndirilməsinə ümid edə bilməməsi ilə bağlı olduğunu izah edib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR