Sabah “Rebuild Karabakh” sərgisi başlayacaq

Sabah “Rebuild Karabakh” sərgisi başlayacaq
# 18 oktyabr 2022 15:58 (UTC +04:00)

Sabah - oktyabrın 19-da Bakı Ekspo Mərkəzində 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” - “Rebuild Karabakh” sərgisi öz işinə başlayacaq.

APA-Economics” xəbər verir ki, sərgi çərçivəsində saat 12:00-da mərkəzin foyesində (girişin sağında yerləşir) Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağda biznes və investisiya imkanları” mövzusunda panel müzakirə təşkil olunacaq. Tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, KOBİA, AKİA, Dövlət Turizm Agentliyi, İqtisadi Zonaların İnkişafı Agentliyi, AZPROMO və s. dövlət və özəl qurumlar tərəfindən Qarabağın bərpası və yenidənqurulması sahəsində görülən işlər, bu sahədəki yeniliklər barədə məlumat veriləcək.

Həmçinin sərgidə KOBİA xüsusi stendlə (sərgi zalına girişin solunda) təmsil olunacaq. KOBİA-nın stendində Qarabağın bərpası və inkişafında istifadə oluna biləcək tikinti, sənaye, İKT, dizayn, layihələndirmə və təmir xidmətləri və məhsulları nümayiş olunacaq.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR