Azərbaycan "INNOPROM-2019" sərgisində iştirak edəcək

Azərbaycan "INNOPROM-2019" sərgisində iştirak edəcək
# 27 may 2019 15:10 (UTC +04:00)

Azərbaycanın nümayəndə heyəti ölkənin iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi altında iyulun 8-dən 11-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək “INNOPROM-2019” sənaye sərgisində iştirak edəcək. ONA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov bildirib.

“Azərbaycan Respublikası ilk dəfə bu sərginin işində belə yüksək səviyyədə iştirak edəcək. Mən əminəm ki, danışıqların gündəminə işgüzar görüşlərin təşkilinə dair Sverdlovsk vilayətinin hökuməti ilə birgə işlər gələcək dialoqun inkişafına təkan verəcək”, - deyə İ. İsgəndərov bildirib.

Məlumata görə, Mərkəzi Uralın Bakı ilə ticarət dövriyyəsi 95 mln. ABŞ dolları təşkil edir, ixrac isə 91 mln. dollara bərabərdir.

Qeyd edək ki, sənaye sərgisində həmçinin Türkiyənin ticarət naziri də iştirak edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR