Türkiyənin “Akıncı” pilotsuz uçuş aparatları Bakıya eniş edib - VİDEO

“Akıncı” pilotsuz uçuş aparatı

© APA | “Akıncı” pilotsuz uçuş aparatı

# 21 may 2022 22:09 (UTC +04:00)

Türkiyənin Tekirdağ əyalətinin Çorlu rayonundan səmaya qalxan “Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

APA xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin “Twitter” hesabında məlumat yayılıb.

Təxminən 2000 kilometr məsafə qət edən “Akıncı”lar üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-dan 29-a qədər keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR