"Ulduz" şokolad fabriki "WorldFood Moscow 2019" beynəlxalq sərgidə iştirak edib - FOTO

"Ulduz" şokolad fabriki "WorldFood Moscow 2019" beynəlxalq sərgidə iştirak edib - FOTO
# 27 sentyabr 2019 12:09 (UTC +04:00)

“Ulduz” şokolad fabriki 24-27 sentyabr tarixlərində Rusiyanın Moskva şəhərində keçirilən “WorldFood Moscow 2019” beynəlxalq ərzaq sərgisində Azərbaycanı təmsil edib.

APA-Economics”in məlumatına görə, sərgidə 65 ölkədən 1 500-dən çox istehsalçının məhsulları təqdim olunub. Beynəlxalq sərgi təxminən 30 min mütəxəssis və 1 630-dan çox sərgi iştirakçılarını özündə cəmləşdirib.

Dünya səviyyəli ən böyük payız sərgisində Azərbaycanı təmsil edən şirkətlər arasında "Ulduz" şokolad fabriki də yer alıb. "WorldFood Moscow"da ənənəvi olaraq iştirak edən qənnadı brendimiz yeni məhsul çeşidləri olan jele tipli “Jellini”, modern yaşam tərzinin sağlam qidası sayılan “Favo” müsli batonları, bol südlü , xalis şokolad örtüklü,

“Tango”, “Xonça”, “Coco Ulduz”, “Sweet” şokolad konfetləri, ənənəvi Belçika texnologiyası əsasında hazırlanan, yeni “Azərbaijan Chocolate” və “I Love Azerbaijan Chocolate” kimi premium hədiyyəlik qutuları sərgi ziyarətçiləri tərəfindən xüsusi diqqət və rəğbətlə qarşılanıb. Yeni məhsullarla yanaşı 80-dən çox keyfiyyətli və müxtəlif çeşidli “Ulduz” şokolad fabrikinin məhsulları sərgi iştirakçılarına təqdim edilib.

Böyük nüfuz və ənənələri özündə cəmləşdirən sərgidə Çin, Monqolustan, Ukrayna, Rusiya, İraq, Orta Asiya ölkələrindən "Ulduz" şokolad fabrikinin məhsullarına xüsusi diqqət yaranıb. 18 ildir ki, fəaliyyət göstərən fabrikin məhsullarını bəyənən müştərilərlə işgüzar görüşlər keçirilib və əməkdaşlığa dair ilkin danışıqlar aparılıb. “Ulduz” şokolad fabrikinin məhsullarını 20 ölkəyə ixrac etməsi, onu milli brendlə yanaşı, həm də ixracyönümlü brend kimi mövqelənməyə imkan verir.

"Ulduz " şokolad fabrikinə olan böyük maraq və diqqət istehsal prosesində xüsusi önəm verilən nüansın, keyfiyyətli məhsul konsepsiyasının nümunəsidir. Keçirilən görüşlər və ümumilikdə, stendə göstərilən marağa görə "WorldFood Moscow 2019"u fabrikin növbəti beynəlxalq uğuru kimi qiymətləndirmək olar.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR