2020-ci ildə Ümumdünya universal sərgisi Dubayda keçiriləcək

2020-ci ildə Ümumdünya universal sərgisi Dubayda keçiriləcək
# 28 noyabr 2013 10:36 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. 2020-ci ildə keçiriləcək Ümumdünya universal sərgisinə (EXPO-2020) ev sahibliyi edəcək şəhərin adı məlum olub.

APA-nın “Euronews” kanalına istinadən verdiyi məlumata görə, Fransa paytaxtı Parisdə Beynəlxalq Sərgi Bürosunda keçirilən səsvermə nəticəsində Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhəri “EXPO-2020”-yə ev sahibliyi etmək hüququna layiq görülüb.

Səsvermənin üçüncü turunda Dubay 116 səs toplayaraq, 47 səs toplayan Rusiyanın Yekaterinburq şəhərini ötə bilib. “EXPO-2020”-nin ev sahibliyi uğrunda həmçinin Braziliyanın San Paolo və Türkiyənin İzmir şəhərləri də mübarizə aparıblar. “EXPO-2020” “Gələcək naminə birləşən düşüncələr” şüarı altında keçiriləcək.

BƏƏ-nin Azərbaycandakı səfiri Səlim əl Eqfeli APA-ya bildirib ki, bu, ölkəsinin tarixində ən böyük hadisədir: “Bu hadisə BƏƏ-nin birləşməsinin 42-ci ildönümünə təsadüf edib və xalq arasında böyük sevincə səbəb olub. “EXPO-2020”-nin Dubayda keçirilməsi qarşıdakı 10 il ərzində dünya ictimaiyyətinin diqqətini BƏƏ-yə cəlb edəcək. Bu tarixi qələbə bir daha təsdiq edib ki, BƏƏ dünyada böyük hörmətə sahibdir”.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR