® “Embawood” ilk Avropa sərgisində iştirak edib

<font color=red>® </font>“Embawood” ilk Avropa sərgisində iştirak edib
# 23 sentyabr 2014 09:30 (UTC +04:00)

Bakı - APA-Economics. Sentyabr aynın 14-dən 18-ə kimi Almaniyanın Bad Zalzuflen şəhərində Beynəlxalq mebel təchizatçıları və interyer dizayn üzrə “M.O.W 2014” sərgisi keçirilib. Sərgidə dünyaca tanınmış mebel şirkətləri iştirak edib. Bu sərgi Almaniya və Avropa mebel sənayesi alıcıları üçün ixtisaslaşdırılmış sərgidir. Burada yeni dizaynların təqdimatı ilə yanaşı, hər bir insanın xəyal edə biləcəyi interyer həlləri və otaqlar üçün mebel düzüm variantları təqdim olunub. Bir sözlə evin sıfırdan təmin olunması üçün lazım olan hər cür mebel növləri sərgilənib.

Sərginin iştirakçısı olan Azərbaycanın “Embawood” şirkəti istər müasir dizaynlı mebellərə, istərsə də konsept həllərə görə sərgidə çox bəyənilən stendlərdən biri olub. “Embawood” şirkətinin Almaniyada olan partnyoru Bockrat Heinzenin sözlərinə görə “Embawood” Almaniya, Avstriya və İsveçrə dillerləri tərəfindən böyük rəğbət qazanıb.

Şirkət rəhbəri və nümayəndələri yaxın 3 il ərzində “Embawood” Azərbaycan brendini Avropada inkişaf etdirib tanıtmaqla yanaşı yeni şəbəkə qurmağı qarşılarına məqsəd qoyub.

Xatırladaq ki, şirkət 1996-cı ildən fəaliyyət göstərir. Bazarda olduğu 18 il ərzində “Embawood” mağaza şəbəkəsi 10 ölkədən artıq, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanda fəaliyyət göstərir. Əlavə olaraq Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR