Azərbaycan prezidenti Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 18 aprel 2018 17:48 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının Beynəlxalq Sərgilər Bürosunda nümayəndəsi, səfir Cai-Çul Çoyun başçılıq etdiyi Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, nümayəndə heyətinin adından çıxış edən Cai-Çul Çoy dövlət başçısını ölkəmizdə keçirilən prezident seçkilərində qələbəsi və inauqurasiya mərasimi münasibətilə təbrik edib.

Cai-Çul Çoy qeyd edib ki, Azərbaycan kimi gözəl bir ölkəni tanımaq şansı əldə etmələrindən və burada gedən dinamik proseslərin şahidi olmalarından məmnunluq hissi keçirirlər. Cai-Çul Çoy bildirib ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi Azərbaycanda mövcud olan şəraiti və imkanları araşdırmaqdır. Qonaq səfər zamanı ölkəmizdə bir sıra səmərəli görüşlər keçirdiklərini, bu müddət ərzində apardıqları müşahidələr nəticəsində müsbət mövqedə olduqlarını vurğulayıb.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Azərbaycanın gənc müstəqil dövlət olduğunu deyən dövlət başçısı qısa müddət ərzində siyasi, iqtisadi və sosial sahələrdə genişmiqyaslı islahatlar həyata keçirildiyini, ölkəmizin artıq uğurlu inkişaf, eləcə də siyasi, iqtisadi və dövlət quruculuğu sahələrində sürətli transformasiya nümayiş etdirməyə nail olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bu illər ərzində görülən işlər göstərir ki, gənc bir dövlət çox uğurla müstəqil yaşaya və çoxlu sayda beynəlxalq tədbirlər təşkil edə bilər. Dövlət başçısı Bakının artıq siyasi, mədəni və idman sahələrində bir çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb.

Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycana səfərinin ölkəmizlə və burada əldə olunan nailiyyətlərlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib, səfərin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirib.

*** 19.05

Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Sərgilər Bürosunun nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR