Azərbaycanda ilk dəfə beynəlxalq idman sərgisi keçiriləcək

Azərbaycanda ilk dəfə beynəlxalq idman sərgisi keçiriləcək
# 13 noyabr 2012 10:38 (UTC +04:00)

«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «SportExpo-2012» sərgisi Azərbaycanda idmanın inkişafına artan diqqətin və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılması fonunda keçirilir. Debüt sərgi idman sahəsində fəaliyyət göstərən 50-dən çox özəl və dövlət sektorunun nümayəndələrini, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək. «SportExpo-2012» sərgisində idman obyektlərinin təchizatı sahəsində idman qurğuları və ləvazimatlarının, trenajorlar və qida məhsullarının istehsalçıları və təchizatçıları ilə kompleks tanışlıq üçün şərait yaradılacaq. Sərgidə Azərbaycanda inkişaf etmiş bütün idman növləri, o cümlədən boks, gimnastika, stolüstü tennis, üzgüçülük, yelkən idmanı, futbol, taekvondo, stend atıcılığı, eləcə də tennis, qolf, alpinizm və digər idman növləri təqdim ediləcək.

«SportExpo-2012» sərgisi ilə bir meydançada Gənclər təşkilatlarının IV Respublika Sərgisi də keçiriləcək. Sözügedən tədbir «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» adlı dövlət proqramı ilə bağlı Azərbaycan prezidentinin fərmanının icrası çərçivəsində həyata keçirilir. Azərbaycanın təxminən 100-ə qədər gənclər təşkilatının iştirak edəcəyi bu sərginin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunması haqqında məlumat verməkdir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR