Azərbaycanlı iş adamları Malayziyada keçiriləcək sərgiyə dəvət alıb

Azərbaycanlı iş adamları Malayziyada keçiriləcək sərgiyə dəvət alıb
# 10 aprel 2015 15:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Malayziyada “VI Ümumdünya Müsəlman Biznes və İnvestisiya Zonası" sərgisi keçiriləcək.

Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu il oktyabrın 27-30-də Malayziyada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə " VI Ümumdünya Müsəlman Biznes və İnvestisiya Zonası" sərgisi baş tutacaq.

Sərgi çərçivəsində İƏT Ali Təhsil Konfransının, Ümumdünya İslam Turizm Konfransının və İƏT-Asiya Ticarət və İqtisadi Forumunun keçirilməsi nəzərdə tutulur. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunurlar.

Sərgidə iştirak etmək niyyətində olan azərbaycanlı sahibkarlar və iş adamları İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR