Bakıda “Müasir Türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərgi açılıb - FOTO

Bakıda “Müasir Türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərgi açılıb - <span style="color: red;">FOTO
# 13 may 2015 20:03 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, sərgidə Türk dünyasının ən önəmli incəsənət əsərləri nümayiş olunur. Onun sözlərinə görə, bu gün təqdim olunan əsərlər Türkiyə Mərkəzi Bankının kolleksiyasına daxildir. Bakıda müxtəlif tədbirlərin keçiriləcəyini xatırladan A.Ələkbərov qeyd edib ki, Bakı 2015 I Avropa Oyunlarına görə Azərbaycanda səfərdə olan qonaq, idmançı və nümayəndə heyəti Heydər Əliyev Mərkəzində təqdim olunan bu əsərlər və digər sərgiləri seyr edə biləcək.

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun isə bildirib ki, Türkiyə Mərkəzi Bankı kolleksiyasına daxil olan əsərləri ildə bir dəfə ölkə xaricində nümayiş etdirir. Səfir bu əsərlərin dünyanın ən önəmli memarlıq əsərlərindən sayılan Heydər Əliyev Mərkəzində nümayiş olunmasının bu sərginin əhəmiyyətini daha da artırdığını deyib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, dünyanın bir çox maliyyə müəssisələri tərəfindən belə layihələr həyata keçirilir. Türkiyənin Azərbaycanın ən mühüm ticarət tərəfdaşı olduğunu deyən E.Rüstəmov Azərbaycanın xarici ticarətinin və birbaşa investisiyalarının 1/3-dən çox hissəsi məhz Türkiyənin payına düşdüyünü xatırladıb: “Azərbaycan və Türkiyə birlikdə çox mühüm layihələr həyata keçirir ki, bu layihələr regionun simasını dəyişdirəcək. Bu layihələr beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında çox mühüm tarixi rol oynayacaq. Biz getdikcə hər iki ölkənin iqtisadiyyatının daha əlaqəli inkişafının şahidi oluruq. Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında müstəqilliyimizin ilk illərindən çox dərin əlaqələr mövcuddur, çox ciddi texniki əməkdaşlıq edirik. Bu illər ərzində Türkiyə Mərkəzi Bankı Azərbaycanda bank sektorunun inkişafında, Azərbaycan Mərkəzi Bankının formalaşmasında olduqca mühüm dəstək olub”.

Türkiyə Mərkəzi Bankının sədr müavini Necati Şahin isə deyib ki, bu əsərlərin Azərbaycan sənətsevərlərinə təqdim edilməsindən məmnundur: “1931-cu ildə təsis edilən bankımız Türkiyə iqtisadiyyatında oynadığı mühüm rol ilə yanaşı, mədəniyyət sahəsində inkişafı yaxından izləyib. Türkiyə Mərkəzi Bankı yaradıldıqdan sonra əldə etdiyi sənət əsərlərinin sayı 900-ə çatıb. 2003-cü ildən etibarən bankımız kolleksiyasına daxil olan seçmə əsərlərini dünyanın 18 ölkəsində nümayiş etdirib. Azərbaycanda ilk dəfə təşkil olunacaq bu sərgi Cümhuriyyət dövründəki məkan və zaman çərçivəsində baş verən hadisələri anlamağa imkan verəcək”.

Sərginin kuratoru Mümtaz Sağlam Müasir Türk rəsm sənəti haqqında məlumat verib: “Müasir Türk sənəti əsas təməllərini Osmanlı İmperiyasının son dövründə, 1860-70-ci illərdə formalaşıb və bu günə qədər zənginləşib. 1950-ci illərdən sonra Türk rəsmində əsas dəyişiklik və dönüş baş verib. Bugünkü sərgidə daha çox bu dövrü əhatə edən əsərlərə üstünlük verdik”.

Qeyd edək ki, sərgidə 28 rəssamın 35 rəsm əsəri nümayiş olunur.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR