Gilan FMCG “Evroregion “Neman-2017” sərgi yarmarkasında iştirak edib

Gilan FMCG “Evroregion “Neman-2017” sərgi yarmarkasında iştirak edib
# 29 sentyabr 2017 07:23 (UTC +04:00)

Belarusun Qrodno şəhərində “Evroregion “Neman-2017” universal sərgi yarmarkası və şəhərin 889-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib.

Tədbirlərə Qrodno şəhəri ilə qardaşlaşmış Qəbələ rayonunun rəhbərliyi və Qəbələdə yerləşən istehsal müəssisələrinin nümayəndələri dəvət olunub.

Tədbirlərdə iştirak etmək üçün səfir Lətif Qəndilov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Qrodno şəhərinə səfər edib. Ölkəmizin nümayəndələri “Evroregion “Neman-2017” universal sərgi-yarmarkanın rəsmi açılış mərasiminə qatılıb.

Ənənəvi olaraq, hər il keçirilən sərgi-yarmarka 4 ölkənin - Rusiya, Belarus, Litva və Polşanın təşəbbüsü ilə təşkil edilib. Builki sərgiyə 20 ölkədən 400-dən çox iştirakçı qatılıb, 1,2 hektarlıq sahədə 150 pavilyon qurulub. Sərgidə Rusiyanın Komi, Kalininqrad, Kursk, Nijeqorodsk və Tambov vilayətlərinin, Çinin Qansu əyalətinin, Polşanın Podlyansk və Nijneselezkova quberniyalarının, Litvanın Alitusk, Druskeninkay və Kaunas rayonlarının, Rumıniyanın Mureş rayonunun, Qazaxıstanın Jambılsk vilayətinin nümayəndə heyətləri iştirak ediblər. Azərbaycanı bu sərgidə “Gilan FMCG Group” təmsil edib.

Açılışdan sonra Qrodno qubernatoru V.Kravçov dövlət rəsmiləri ilə birlikdə stendləri gəzib, o cümlədən ölkəmizin stendini ziyarət edib və “Gilan FMCG Group”un məhsulları barədə ətraflı məlumat alıb.

Ölkəmizə aid stenddə “Gilan FMCG”-yə məxsus müxtəlif çeşidli şirələr, kompotlar, çipslər, mürəbbələr və çoxlu sayda digər kənd təsərrüfat və yeyinti sənayesi məhsulları nümayiş etdirilib.

Azərbaycan stendi sərgidə ən gözəl stendlərdən biri kimi qiymətləndirib. Belə ki, bu stenddə, həmçinin sərgiyə qoyulmuş məhsulların geniş dequstasiyası da təşkil edilib.

Azərbaycan nümayəndə heyəti Qrodno şəhərinin 889-cu il dönümünə həsr edilmiş tədbirlərdə də iştirak edib.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR