Nazir müavini: "Azərbaycanla İran arasında ticarət dövriyyəsi 70% artıb"

Nazir müavini: "Azərbaycanla İran arasında ticarət dövriyyəsi 70% artıb"
# 19 sentyabr 2016 12:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda II "İran Project" sərgisi işinə başlayıb.


"APA-Economics" xəbər verir ki, sərgidə İranın neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika, su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə şirkətləri öz məhsullarını nümayiş etdirilir.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev "APA-Economics"ə açıqlamasında bildirib ki, sərgidə 50-dən çox İran şirkəti iştirak edir. "Ümumiyyətlə, bu cür tədbirlər iqtisadi əlaqələrin genişlənməsi, ticarət və investisiya əməkdaşlığının inkişafı baxımından böyük əhəmiyyət kəsb edir", - deyə nazir müavini qeyd edib.

Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrə toxunan S. Babayev qeyd edib ki, cari ilin 7 ayı ərzində ticarət dövriyyəsi 70% artıb: "Azərbaycandan İrana ixracın həcmi ikiqat artdığı halda, qonşu ölkədən Azərbaycana idxalın həcmi 58% artıb".

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR