Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Minskdə keçirilən kitab sərgisində iştirak edir

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Minskdə keçirilən kitab sərgisində iştirak edir
# 12 fevral 2015 17:24 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Minskdə keçirilən XXII kitab sərgisində iştirak edir. Mərkəzdən APA-ya verilən məlumata görə, sərginin fəxri qonağı Çin Xalq Respublikasıdır. 40-a yaxın ölkənin iştirak etdiyi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə hazırlanan stenddə 200 adda kitab yerləşdirilib.

İştirakçılara Azərbaycanın tarixini, mədəniyyətini özündə əks etdirən kitablarla yanaşı, 2015-ci il Avropa oyunlarının keçirilməsi ilə bağlı kitabçalar və vərəqələr paylanıb.

Qeyd edək ki, sərgidə Tərcümə Mərkəzini Yaşar Əliyev və Mahir Qarayev təmsil edir.

Sərgi fevralın 15-dək davam edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR