“Dallaslı alıcılar klubu” filminin rejissoru vəfat edib

Jan-Mark Valle

© APA | Jan-Mark Valle

# 27 dekabr 2021 10:55 (UTC +04:00)

Kanadalı rejissor Jan-Mark Valle vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 58 yaşlı rejissorun ölüm səbəbi məlum deyil.

Jan-Mark Valle “Dallaslı alıcılar klubu”, “Dağıntı” kimi filmlərin müəllifidir.

O, 2013-cü ildə “Dallaslı alıcılar klubu” filminə görə “Oskar” mükafatına namizəd olub. Rejissorun müəllifi olduğu “Böyük-kiçik yalan” serialı 2017-ci ildə “Ən yaxşı mini-serial” kateqoriyasında “Emmi” mükafatı qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR