Azərbaycan Respublikası: müsbət idarəçilik modeli - TƏHLİL

Azərbaycan Respublikası: müsbət idarəçilik modeli - <span style="color: red;">TƏHLİL
# 10 sentyabr 2013 09:52 (UTC +04:00)

APA-nın məlumatına görə, “Azərbaycan Respublikası: müsbət idarəçilik modeli” adlı analizdə ölkədəki ictimai-siyasi vəziyyət, seçkilərə hazırlıq, seçkiqabağı mühit və digər məsələlər dəytərləndirilir. APA analizi təqdim edir:

“9 oktyabr 2013-cü ildə 4,9 milyon azərbaycanlı seçici öz prezidentlərini seçmək və qədim, lakin bu yaxında müstəqil olmuş dövlətlərinin gələcək istiqamətini müəyyənləşdirmək üçün səsverməyə gedəcək. Namizədlər arasında Yeni Azərbaycan Partiyası, Azadlıq Partiyası, Liberal Demokratlar Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Sosial-Demokrat Partiyası, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, eləcə də müstəqil namizədlər var. Əsas namizədlər üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmüş hazırki prezident İlham Əliyev və ölkənin müxaifət partiyalarının ittifaqı olan yeni yaranmış Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təyin edilmiş kinorejissor Rüstəm İbrahimbəyovdur, lakin Rusiya vətəndaşı olduğundan yerli qanunlarda nəzərdə tutulduğu kimi, prezidentliyə namizədliyini irəli sürə bilməzdi. Rəsmi kampaniyaya sentyabrın 16-sı start veriləcək, bu isə digər namizədlərə sentyabrın 9-a kimi qeydiyyatdan keçmək imkanı verir.

Aylardan bəri Azərbaycan hökuməti azad, ədalətli, şəffaf və obyektiv seçkilərin təşkilinə olan öhdəliyini dəfələrlə təkrar etmişdir. Bu müstəvidə ölkə hüquqi çərçivəsini təkmilləşdirmiş və beynəlxalq təşkilatlarla yaxın əməkdaşlığa verdiyi əhəmiyyəti vurğulamışdır. Bundan əlavə, hakimiyyət qurumları şəffaflığı təmin etmək məqsədilə mühüm səylər göstərmişdir –məsələn, internet vasitəsilə müşahidə ediləcək səsvermə məntəqələrinin sayı 10%-dən 20%-ə artırılacaq. Məntəqələrdə quraşdırılacaq veb-kameraların sayı da artırılacaq. Əvvəlki seçkilərdə 500 kamera quraşdırılmışdısa, 2013-cü il prezident seçkilərində 1000-ə yaxın kameranın quraşdırılacağı deyilir. Bütövlükdə seçki prosesi Azərbaycanda seçkilərin Avropa standartlarına müvafiq və şəffaf keçiriləcəyini sübut edir.

Qeyd etmək lazımdır ki, bir sıra beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə müsbət qeydlər bildirmişlər, belə ki, MDB-nin İcra Komitəsinin Sədri Sergey Lebedev artıq ötən prezident seçkiləri zamanı seçicilərin yüksək fəallığını qeyd etmişdir: “Sözün açığı, seçki hazırlıqları ilə bağlı hər hansı mənfi fikirlər eşitməmişəm”, - deyə o, bu il bildirmişdir. Avropa Şurasının Ukraynalı üzvü İvan Popesku “Azərbaycanda olduqca yaxşı təşkil edilmiş prezident seçkilərini” tərifləmişdir.

Həmin təriflərə baxmayaraq, təəccübümüzü ifadə etmək legitim olar ki, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) ölkəni qeyri-müvafiq olaraq, avtoritar rejim kimi təqdim edərək, ötən iyirmi ildə Azərbaycan demokratiyasının əldə etdiyi bütün nailiyyətləri təkzib etməklə, mənfi düşünülmüş hesabat dərc etmək qərarı vermişdir. Eyni zamanda o fakt da təəccüblüdür ki, ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Ranko Krivokapiç assambleyası Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərini göndərməyəcəyini elan etmiş və rəsmi səbəb kimi seçkilərin tarixinin oktyabrın 13-15-i Monteneqronun paytaxtı Budvada Assambleyanın payız iclasına hazırlığın son mərhələsi ilə üst-üstə düşdüyünü göstərmişdi.

Hazırki hesabatda göstərəcəyimiz kimi, ATƏT-in bu tənqidi qiymətləndirmələri reallığa uyğun gəlmir. Azərbaycandakı vəziyyətin və ATƏT-in qarşılaşdığı yeni məsələlərin qısa təhlilindən sonra Azərbaycan demokratiyasına alternativ baxış təqdim edəcək və ATƏT hesabatının müəllifləri tərəfindən qaldırılmış əsas məsələlərə cavab verməyə çalışacağıq. Biz də Qərbi Avropa və Şimali Amerika daxil olmaqla, dünyada Azərbaycandakı sistemlə digər bir neçə seçki məcəlləsini müqayisə edəcəyik. Beləliklə, Azərbaycanın öz demokratik prosesini möhkəmləndirmək məqsədilə xaricdən dərs götürməyə ehtiyacı olmadığını nümayiş etdirəcəyik.

Azərbaycanın təqdimatı

Azərbaycan Avropa, Orta Şərq və Mərkəzi Asiyanın kəsişməsində, Xəzər dənizi sahilində yerləşən kiçik dövlətdir. Ölkə mühüm qaz və neft ehtiyatlarına sahibdir və İran İslam Respublikası ilə narahat Dağıstan Rusiya Respublikası ilə həmsərhəd olan mərkəz mövqedədir. Sahəsi 86,600 km2 olan Azərbaycan Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə ilə (Naxçıvan Muxtar Respublikası və Türkiyənin Iğdır əyaləti arasında 9 km) həmsərhəddir. Paytaxtı Abşeron yarımadasının cənub sahilində yerləşən Bakı şəhəridir. Şəhərin 2 milyondan artıq əhalisi var.

Azərbaycanın təxminən 9 milyon əhalisi var, bunun əksəriyyəti azərbaycan türkü etnik qrupuna məxsusdur. Əhalinin 90%-dən çoxu İslamın şiə qoluna aiddir, lakin dini mənsubiyyət olduqca formaldır, belə ki, əksər insanlar həqiqətən dinlərinin olduqca mötədil formasını etiqad edirlər. Dövlət dili Azərbaycan dilidir, ancaq rus dili sosial və işgüzar əlaqələrdə “linqva-franka” (məhdud istifadə sferasında) kimi işlənir. İngilis dilindən istifadə ötən illər ərzində iqtisadi sahədə bərabər formada artmışdır. Əsas azlıq qruplara ruslar, dağıstanlılar (ləzgilər), avarlar, iranlılar (taılşlar) və ermənilər daxildir. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, hazırda 30000-ə yaxın etnik erməni heç bir ayrıseçkilik olmadan Azərbaycanda yaşayır, halbuki Ermənistanda heç bir etnik azərbaycanlı yaşamır. Azərbaycan ermənilərinin bir hissəsi hazırda Bakının qüvvədə olan hakimiyyətindən kənardakı işğal edilmiş Dağlıq Qarabağ anklavında yaşayır.

Ölkə bir sıra ittifaq şəbəkələrinə mənsubdur və bir çox beynəlxalq təşkilatların üzvüdür. Azərbaycan Respublikası Sovet İttifaqının süqutundan dərhal sonrakı aylarda – 2 mart 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına qoşulmuşdur və eyni zamanda Avropa Şurası və Dağlıq Qarabağ münaqişəsinə danışıqlar vasitəsilə həll yolu tapmaq üçün Minsk Qrupu təşkil etmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvüdür. Ölkə hələ də Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olsa da, Kollektiv Təhlükəsizliyə dair Müqavilə Təşkilatına (KTMT) qoşulmaqdan imtina etmişdir. Əksinə, o, Qərbyönümlü GUAM Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın təsisçi üzvüdür. Ölkə həmçinin İraq və Əfqanıstanda ABŞ-ın rəhbərlik etdiyi hərbi əməliyyatlarda iştirak etmişdir. Son olaraq, qeyd etmək yerinə düşər ki, Azərbaycan müstəqillik qazandığı gündən etibarən qərb “böyük qardaşı” Türkiyə ilə çox yaxın iqtisadi, mədəni və diplomatic əlaqələr qurmuşdur. Lakin o, 1990-cı illərin ortalarından bəri xüsusilə Rusiyaya münasibətdə daha tarazlaşdırılmış xarici siyasət izləmişdir.

Soyuq müharibə dövrünün təşkilatı ATƏT böhran vziyyətindədir

Təşkilatın internet səhifəsindən də göründüyü kimi, ATƏT Helsinki və Cenevrədə iki illik müzakirələrdən sonra 1 avqust 1975-ci ildə Helsinki Yekun Aktının imzalanması ilə təsis edilmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin birbaşa varisidir. Helsinki Yekun Aktına daxil olan “İştirakçı Dövlətlər arasında Əlaqələri istiqamətləndirən Prinsiplər Bəyannaməsi”ndə “on direktiv (dekaloq)” da adlanan on başlıca öhdəlik sadalanmışdır:

  1. Suveren bərabərlik, suverenliyin ayrılmaz hissəsi olan hüquqlara hörmət
  2. Təhdid və ya gücdən istifadədən çəkinmə
  3. Sərhədlərin toxunulmazlığı
  4. Dövlətlərin ərazi bütövlüyü
  5. Münaqişələrin dinc yolla həlli
  6. Daxili işlərə müdaxilə etməmə
  7. Fikir, vicdan, din və ya etiqad azadlığı daxil olmaqla, insan hüquqları və əsas azadlıqlara hörmət
  8. Xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etməsi
  9. Dövlətlər arasında əməkdaşlıq
  10. Beynəlxalq hüquq əsasında öhdəliklərin vicdanla yerinə yetirilməsi.

Göründüyü kimi, “Helsinki prosesi” 1970-ci illərin əvvəlinin siyasi müstəvisindən yaranmışdır vəeyni zamanda 1972-ci ildə SALT I müqaviləsinin imzalanması ilə nəticələnmişdir. 15 il ərzində ATƏM həqiqətən Qərb və Kommunist bloku arasında dialoq üçün forumu təmin etmişdir və təşkilatın internet səhifəsində təsvir edildiyi kimi, “iştirakçı Dövlətlərin öhdəliklərinə əsaslanan və genişləndirmiş iclaslar və müşavirələr toplusu” kimi fəaliyyət göstərmişdir. Lakin qeyd etmək olar ki,təşkilat həmin illərdə kommunist blokunda insan hüquqları və vətəndaş azadlıqlarını dəstəkləmək və genişləndirmək sahəsində çox az konkret nailiyyət əldə etmişdir. Bununla belə, Soyuq Müharibənin sonu və yeni qlobal geosiyasi dünyanı yaratmaqdan irəli gələn məsələlər ATƏM-i özünü yenidən təsis etməyəsövq etdi. 1990-cı il gələn kimi təşkilat daimi institutlar və fəaliyyət bacarıqlarının yaradılmasına aparan prosesə start verdi. Həmçinin keçmiş Şərq bloku ölkələrinin Kommunizmin süqutundan sonra mümkün qədər tez bir şəkildə qərb standartlarına çatmasına kömək etmək üçün “Yeni Avropa naminə Paris Xartiyası”nı qəbul etdi. Bu ideoloji kontekstdə, 1994-cü il dekabr ayında dövlət və ya hökümət başçılarının Budapeşt Sammitində üzv dövlətlər təşkilatın Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adını dəyişib Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) adlandırmaq barədə qərar qəbul etdilər.

Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzinin (SQDM) 2005-ci ildə nəşr etdiyi hesabatda siyasi analitik Viktor-İv Gebali təşkilatın fəaliyyət strukturunu dəyişdirdikdən sonra üzləşdiyi böhranı təsvir edən üç əsas problemi qeyd edir: Birinci problem ATƏT regionundakı bir çox ölkələrin ATƏT-in əsas öhdəliklərini struktur baxımından pozması ilə bağlıdır.

İkincisi (aşağıda müzakirə edildiyi kimi) Uzun Müddətli Missiyanın fəaliyyətlərinin müdaxilə xarakterli olması və DTİHB-nin “qərəzli” monitorinq fəaliyyəti barədə Rusiyanın ittihamları ilə əlaqədardır.

Üçüncüsü Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının ölüm cəzası, işgəncə, din azadlığı (sektaların “qeyri-ənənəvi dinlər” kimi statusu) və informasiya azadlığının məhdudlaşdırılması kimi əhəmiyyətli məsələlərə dair artan fərqli mövqeləri ilə bağlıdır.

Biz həqiqətən də, vurğulamalıyıq ki, ATƏT-in əvvəlki təşəbbüsləri qərb dünyası daxil olmaqla, dünyanın istənilən yerində ziddiyyətlə qarşılanıb. Avropa və Orta Asiyadan olan seçki müşahidəçilərinin solçu vətəndaş hüquqları qruplarının təşəbbüsü ilə planlaşdırılmış müdaxiləsi bir sıra siyasi təşkilatların və Birləşmiş Ştatlardakı yerli hakimiyyət orqanlarının nümayəndələrinin tənqidinə səbəb olmuşdur. Buna misal olaraq, Texasın Baş Prokuroru Qreq Abbottun ATƏT-ə göndərdiyi 2012-ci il oktyabr tarixli açıq məktubunu qeyd etməliyik. Məktubda təşkilata məlumat verilir ki, beynəlxalq müşahidəçilərin ştatın seçki məntəqələrinin 100 fut yaxınlığına gəlməsinə icazə verilməyəcək:

“Sizin monitorinqin niyyəti və təklif edilmiş monitorinqə nail olmaq üçün dəqiqliklə hansı üsullardan istifadə edəcəyi hələ də tam aydın olmasa da, ATƏT özünün monitorinq planının bir hissəsi kimi Seçki Günündə seçki məntəqələrinə səfər edəcəyini açıq şəkildə bildirmişdir..

Əgər ATƏT üzvləri öz demokratik sistemlərini təkmilləşdirmək üçün bizim seçki prosesimiz haqqında daha çox məlumat almaq istəyirlərsə, biz Texasın seçkilərin toxunulmazlığını qorumaq üçün həyata keçirdiyi tədbirlərin müzakirə edilməsi imkanını təqdir edirik. Lakin ABŞ-dan kənarda olan qrup və fərdlərin Texasın seçki prosesinə təsir və ya müdaxilə etməsinə icazə verilmir. Bu ştatın seçki sistemimizin toxunulmazlığını qorumaq üçün diqqətlə hazırlanmış sağlam seçki qanunları var. Bütün şəxslər, o cümlədən ATƏT ilə bağlı şəxslərin bu qanunlara tabe olması tələb olunur...

Texasın qanunları ATƏT nümayəndələrinin seçki məntəqəsinə daxil olmalarına icazə vermir.. ATƏT nümayəndələrinin seçki məntəqəsi girişinə 100 fut yaxınlaşması cinayət pozuntusu ola bilər. Tələblərə riayət edilməməsi nəticəsində ATƏT nümayəndələri ştat qanununu pozduqlarına görə məhkəmə təqibinə məruz qala bilərlər.”

Həmin vaxtlar Hyustonda yaradılmış, “siyasi partiyasından asılı olmayaraq, qanuni seçicilərin hüquqlarını” müdafiə etmək məqsədi daşıyan, heç bir partiyaya daxil olmayan anti-seçki saxtakarlıqları təşkilatı “Həqiqi Səs”in təsisçisi Ketrin Engelbrext solçu qrupların Amerika mənbələrindən deyil, Birləşmiş Millətlər Təşkilatından yardım axtaran aktivist qruplar olduqlarını vurğulamışdır.

Azərbaycan demokratiya yolunda

Azərbaycanın demokratiyasını ifşa etmək üçün sənəddə istifadə olunan arqumentlərdən biri “güclü prezident üsuli-idarəsi” və icraedici hakimiyyətin “geniş səlahiyyəti”dir. Müəlliflərin qeyd etdiyi kimi, “Prezident digər öhdəlikləri ilə yanaşı, Nazirlər Kabinetini təyin və ona sədrlik edir və o cümlədən mərkəzi və regional səviyyədə icra hakimlərini təyin edir. Prezident həmçinin Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, İqtisad Məhkəməsi və digər məhkəmələrin hakimlərini, o cümlədən baş prokuroru təyinat üçün parlamentə təklif edir.”

Onu qeyd etmək maraqlı olardı ki, məsələn general de Qol dövründə Fransanın beşinci respublikasının qəbul etdiyi konstitusiyası da dövlət başçısına əhəmiyyətli səlahiyyətlər verir. Prezidentin müstəsna hüquqlarına həmçinin Baş Naziri və hökümət üzvlərini təyin etmək və işindən azad etmək, Nazirlər Kabinetinə rəhbərlik etmək, Milli Assambleyanı buraxmaq, referendum çağırmaq, Konstitusiya Məhkəməsinin sədrini və üzvlərinin üçdə bir hissəsini təyin etmək və s. daxildir. Vurğulamalıyıq ki, parlament hesabına icraedici hakimiyyətin gücləndirilməsi ilə bağlı ziddiyyətə baxmayaraq, prezidentin birbaşa seçilməsi ilə bağlı sistem 28 oktyabr 1962-ci ildə referendum ilə təsdiqləndi. Lakin biz düşünmürük ki, kimsə indi Fransada qüvvələrin tarazlığının Respublikanın demokratik əsaslarını sarsıtdığını deyə bilər. Belə ki, bu, Azərbaycan kimi yeni müstəqillik qazanmış ölkəyə qarşı eyni qiymətləndirmə göstəricilərini tətbiq etməyə əsas verir.

Bu yerdə xatırlatmaq lazımdır ki, 1991-ci ildə Azərbaycan əldə etdiyi müstəqilliyinin ilk günlərindən Rusiya Federasiyasının fəal dəstəyilə Ermənistan qüvvələrinin Dağlıq Qarabağa müdaxiləsi nəticəsində müharibə şəraitinə düşmüşdür. Bu xüsusi dramatik vəziyyətdə ölkə kəskin hərbi məğlubiyyət yaşamış və 1992-ci il iyun ayından 1993-cü il iyun ayına kimi hakimiyyətdə olmuş, vəfat etmiş prezident Əbülfəz Elçibəyin höküməti dövründə ərazisinin böyük hissəsini itirmişdir. Elçibəyin devrilməsinə gətirib çıxardan artan siyasi qeyri-sabitlik dövründən sonra keçmiş SSRİ-nin “Politbüro” üzvü Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəlmiş və davam edən müharibəyə baxmayaraq, sabitliyə doğru yol açan siyasi rejim yaratmışdır.

Bu günə kimi ATƏT-in hesabatlarında deyilir, “seçki Ermənistan ilə davam edən münaqişə şəraitində keçəcək və Azərbaycanın əhəmiyyətli hissəsinin işğal altında olması, çox sayda məcburi köçkünün olması seçkilərin idarəsini çətinləşdirir”.

1958-ci ildə Fransada olduğu kimi Azərbaycan 1993-cü ildə yeni konstitusiya qəbul etdi və dövlət başçısı Prezident olan, hakimiyyətin bölüşdürülməsinə əsaslanan prezident respublikasına çevrildi. O vaxtdan bəri Azərbaycan prezidentləri 5 ildən bir müntəzəm olaraq seçilir. Hazırki prezident İlham Əliyev 2003-cü ildə atasının vəfatından sonra keçirilmiş seçkilərdə 77% səs qazanaraq və 2008-ci ildə ikinci dəfə prezident seçilmişdir. Həmin müddətdə nəşr edilmiş ATƏT-in hesabatında deyilir: “ATƏT-in öhdəliklərinə və digər beynəlxalq standartlara riayət edilməsində əhəmiyyətli irəliləyiş qeydə alınmışdır”.

Bundan başqa, ölkədə parlament seçkiləri Konstitusiya Məhkəməsinin nəzarəti altında beş ildən bir keçirilir. Fransa modelinə əks olaraq konstitusiya hakimiyyətin paylanması prinsipinə ciddi hörmət nümayiş etdirərək, prezidentə Milli Assambleyanı buraxmaq səlahiyyəti verməmişdir.

Azərbaycan ATƏT-in tövsiyələrinə cavab verəcək

Qərəzsiz müşahidəçilər Azərbaycan hakimiyyətinin ATƏT tövsiyələrini yerinə yetirməyə hazır olmasını şübhə altına ala bilməz.

ATƏT-in Seçki Müşahidə Missiyası 2008-ci il prezident seçkiləri ilə bağlı 27 tövsiyə vermiş və onlardan 19-u artıq icra edilmiş və ya faktiki olaraq artıq tətbiq olunub.

Suveren Azərbaycan Respublikası tərəfindən guya icra edilmədiyi iddia edilən 9 tövsiyədən mətbuat azadlığı və mediaya çıxışın asanlaşdırılmasına dair 3 tövsiyə Azərbaycan reallığı ilə bağlı məlumatsızlığı göstərir. Qəzet açmaq çox asandır. Yeganə hüquqi tələb adının qeydiyyata alınmasıdır. Azadlıq, Müsavat və digərləri kimi müxtəlif radikal və hökumətə qarşı olan qəzetlər fəaliyyət göstərir. Bundan başqa, elektron media tamamilə azaddır və adətən höküməyə qarşı kəskindir.

Təəccüblüdür ki, ATƏT-in hesabatı Azərbaycanda mətbuat azadlığı məsələsini az inkişaf etmiş ölkə baxımından nəzərdən keçirir. KİV-lərin keyfiyyətinin Avropa İttifaqındakı kimi ən yaxşı yeni informasiya texnologiyaları ilə təmin edildiyini bilavasitə görmək imkanımız oldu. Tətbiq olunmayan digər beş tövsiyə müstəqil dövlətdə tətbiq edilə bilməz. Onların həyata keçirilməsi Azərbaycanın ATƏT-in dövlət işlərinə qarışmaq hüququnu tanıdığını nəzərdə tutur. Hökumətin hazır olmasına baxmayaraq, o hər hansı bir şəkildə dövlət müstəqilliyi və suverenliyinin qorunması olan əsas missiyasında uğursuzluğa düçar ola bilməz.

Güclü demokratik təsisatlar

Daha sonra ATƏT-in hesabatının müəllifləri sənəddə seçki prosesinin ədalətliliyinə potensial təsir göstərə biləcək bəzi hüquqi müddəalar ilə bağlı narahatlıqlarını dilə gətirdilər. Adı açıqlanmayan "həmsöhbətçilərə" istinad edərək “seçkiqabağı dövrdə əsas azadlıqların həyata keçirilməsi ilə bağlı qərəzsiz informasiyaya və yayım mediasında müxtəlif siyasi baxışlara məhdud çıxış (milli əhatəsi olan bir neçə televiziya stansiyasının mövcudluğunu qəbul edərək) və ya ictimai kampaniyanın maliyyələşdirilməsinin olmaması kimi mühüm problemləri” qeyd etdilər.

Buna baxmayaraq, əsl intellektual cəhd hər hansı vicdanlı müşahidəçinin Azərbaycanda müxalifət partiyalarının mövcudluğunu tanımasına səbəb olacaq.

Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış 55 siyasi partiya mövcuddur. Azərbaycan Respublikasında siyasi partiyaların təşkili və fəaliyyəti Konstitusiya, Mülki Məcəllə, Seçki Məcəlləsi, “Siyasi Partiyala haqqında” Qanun, “Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Reyestri haqqında” Qanun, “Mühasibat Uçotu haqqında” Qanun və digər normativ-hüquqi aktlar ilə tənzimlənir.

40-dan çox siyasi partiya mövcud hökumətə müxalifət mövqeyində dayanır. 11 partiya, o cümlədən 8 müxalifət partiyası Milli Məclisdə 84 deputatla təmsil olunur. Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Sosial Rifah Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Ümid Partiyası, Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyası hərəyə 1 deputat yerinə malikdir. Milli İstiqlal Partiyası, Kommunist Partiyası, Müsavat Partiyası, Müasir Müsavat Partiyası, Demokrat Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası kimi bir sıra müxalifət partiyaları fəaliyyət göstərir. Həmin partiyalar yerli hökumət səviyyəsində seçilmişlər və hazırda bələdiyyələrdə təmsil olunurlar.

“Siyasi partiyalar haqqında” Qanuna əsasən, Milli Məclisə keçirilmiş son seçkilərin nəticələrindən asılı olaraq siyasi partiyalar Qərbi Avropada olduğu kimi dövlət büdcəsindən maliyyə vəsaiti almaq hüququ əldə edir. Bu məqsədlə 2013-cü ilin dövlət büdcəsində 2,5 milyon manat vəsait nəzərdə tutulmuşdur. Qeyd edilən Qanunun 17-1.2–ci maddəsinə görə, vəsaitin 10 faizi seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalara verilir. Hazırda bu meyara uyğun gələn siyasi partiya yoxdur. Dövlət büdcəsində siyasi partiyaların maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 40 faizi parlamentdə təmsil olunan partiyalar arasında bərabər bölünür. Vəsaitin 50 faizi isə Mili Məclisdə təmsil olunmuş partiyalara deputatların sayına görə verilir.

Milli Məclisə seçilmiş deputatların partiya mənsubiyyətinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının tərkibinin üçdə ikisi siyasi partiyaların nümayəndələrindən təşkil edilir. Komissiya üzvlərinin üçdə biri parlamentdə çoxluq təşkil edən, üçdə biri azlıqda qalan partiyaların təqdim etdikləri namizədlərdən və digər üçdə bir hissə isə müstəqil partiyalardan təyin olunur.

Bundan əlavə, ATƏT-in hesabatının özlüyündə qeyd olunduğu kimi, seçkiqabağı təşviqat aparmağa məsuliyyət daşıyan Mərkəzi Seçki Komissiyasının yalnız üçdə biri demokratik yolla seçilmiş parlament çoxluğu tərəfindən təyin edilir. Bundan başqa, Azərbaycanın Seçki Məcəlləsinə əslində seçkilərin ədalətliliyini və seçicilərin bütövlüyünü müdafiə edən geniş müddəalar daxildir.

ATƏT-in hesabatında göstərilir ki, müstəqil millət vəkilləri adətən hakim partiyanın dəstəklənməsinə səs verir. Parlamentdə müzakirələrin monitorinqi ATƏT-in hesabatında qeyd edilən iddiaların əksini göstərir.

Məsələn, Milli Məclis 24 aprel 2013-cü il tarixli iclasında "Yaşayış yeri və yaşadığı yer üzrə qeydiyyat haqqında" qanuna dəyişikliklər etmişdir. Dəyişikliklərə əsasən, yaşayış yerini dəyişən vətəndaş yeni yaşayış yerinə gəldiyindən sonra 10 gündən gec olmayaraq qeydiyyat üçün müvafiq icra hakimiyyətinə müraciət etməlidir.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini və bitərəf millət vəkili Bəxtiyar Əliyev bu dəyişikliklərin əleyhinə çıxış etdi. O, Azərbaycanda daimi yaşayış yerini müvəqqəti olaraq yeni ünvana dəyişən vətəndaşların mütləq qeydiyyatı ilə bağlı tələblərin qaldırılmasını təklif etdi. Bəxtiyar Əliyev hesab edir ki, vətəndaş hüquqları hər hansı bir şəkildə məhdudlaşdırıla bilməz: “Bununla belə, bu tələblər ilə vətəndaşların hüquqlarını məhdudlaşdırırıq. Başqa sözlə, onların məsələn, yaxınlarını ziyarət etmək, gəzmək və ya istirahət etmək məqsədi ilə getdikləri yerlərdə və ya vilayətlərdə mütləq qeydiyyatdan keçmələrini tələb edirik. Hansı dövlət orqanları bunu həyata keçirəcək? O müvafiq dövlət orqanları hansılardır? Vətəndaşın başqa vilayətdə bir və ya beş gün ərzində qaldığı təqdirdə qeydiyyat prosesi necə aparılmalıdır? Məsələn, bir şəxs qeydə alınır və bir neçə gün sonra oranı tərk edir. Onun gedişi necə müəyyən olunacaq? Və ya onun vilayətə gəlişi necə müəyyən olunacaq? Kimsə çıxmalı və insanlardan hardan gəldiklərini soruşmalıdır. Sonra isə bu vətəndaş bir şeyləri sübut etməlidir.”

“Hal-hazırda mülkiyyət azadlığı mövcuddur; insanların müxtəlif əyalətlərdə evləri var, onlar oraya gedir və qalırlar. İndi onlar nə etməlidirlər? Odur ki, bu tələb absurddur, mənfi hallara və vətəndaşların narahatçılığına səbəb olacaq. Buna yol vermək olmaz. Belə prosedurun lüzumsuz olduğunu düşünürəm. Bunun cəmiyyətin və ictimai asayişin qorunması üçün heç bir faydası yoxdur və müxtəlif neqativ hallara, vətəndaşların inzibati məsuliyyətinin geniş yayılmasına, sui-istifadəyə səbəb ola bilər. Belə qeydiyyat yalnız müəyyən tədbirlər üçün xəstəxanalarda, sanatoriyalarda mümkündür. Və bu da həmin müəssisələrdən asılıdır.” Eyni zamanda, açıq-aydın ən yüksək beynəlxalq demokratik standartlara cavab vermələrinə baxmayaraq, ATƏT-in tənqid obyekti olan məcəllənin 2-ci və 3-cü maddələrini (əlavədə bax) də qeyd etməliyik.

Gördüyümüz kimi, qanun seçicilərin və namizədlərin hüquqlarını geniş şəkildə müdafiə edir. Aydındır ki, bəzi dəqiq problemlərin, xüsusilə, ucqar dağ rayonlarında səsvermə əməliyyatlarının lazımi qaydada həyata keçirilməsinə zərər verə biləcəyi iddia edilə bilər. Buna baxmayaraq, bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan torpağının böyük hissəsinin öz erməni qonşusu tərəfindən işğal edildiyi səbəbindən müharibə şəraitində olan gənc demokratik dövlətdir. Bu amilləri nəzərə alaraq, demokratiya və insan hüquqlarının təşviqinə həsr edilmiş beynəlxalq təşkilatın yalnızca 20 ildə əldə edilən irəliləyişləri daha məmnuniyyətlə qarşılaması gözlənilən olardı.

Həqiqətən də söyləmək lazımdır ki, geniş şəkildə demokratik dövlətlər kimi tanınan bir sıra ölkələrdə səsvermə əməliyyatları qüsursuz deyil. Ölümcül zorakılığın müntəzəm olaraq seçkilərə kölgə saldığı "dünyanın ən böyük demokratiyası" olan Hindistanda baş vermiş halları heç qeyd etməyə belə ehtiyac yoxdur. 2000-ci ildə prezident seçkilərinin bahalı hüquqi kabus olduğu ABŞ haqqında heç bəhs belə etməyəcəyik. Əksinə, Belçika demokratiyasının qarşılaşdığı xüsusi lakin, aktual problemi müzakirə edəcəyik. Belçikanın əsl demokratik ölkə olmadığı fikri heç kimin ağlına belə gələ bilməz (baxmayaraq ki, qadınlar 1948-ci ildən əvvəl səs vermək hüququna malik deyildilər). Buna baxmayaraq, bir neçə vətəndaş qrupu 1991-ci ildən bəri elektron səsvermənin geniş istifadəsini tənqid edir. Çoxsaylı tənqidçi həqiqətən də bu üsulun səslərin yoxlaması imkanını sarsıtdığını və pis niyyətli şəxslərin fırıldaq törətməsinə imkan verdiyini qeyd edir. Seçki şəffaflığının artırılması üçün dəfələrlə edilən çağırışlara baxmayaraq, ATƏT-in qəzəbini cəlb etmədən elektron səsvermə ölkədə yayılmağa davam edir.

Prezidentə əsl xalq dəstəyi

2009-cu il mart ayı tarixində, Azərbaycan digər müddəalar ilə yanaşı, prezidentin iki müddətə seçilməsi limitinin ləğvinə gətirən konstitusiya referendumu keçirdi. ATƏT-in hesabatında qeyd olunduğu kimi, Qanun vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasının Şurası (Venesiya Komissiyası) bildirdi ki, “prezidentin ardıcıl səlahiyyət müddəti üzrə açıq konstitusiya məhdudiyyətləri demokratik strukturların və onların ilkin mədəni şərtlərinin hələ möhkəmləndirilmədiyi ölkələrdə xüsusilə vacibdir. Venesiya Komissiyası hesab edir ki, bu məhdudiyyətin aradan qaldırılması … Azərbaycanın möhkəmləndirilmiş demokratiya yolunda ciddi geriləməsinə səbəb olardı.”

Buna baxmayaraq, qeyd etməliyik ki, bu addıma böyük əksəriyyət tərəfindən səs verildi, güclü iqtisadi artım və siyasi sabitlik illərindən sonra ictimaiyyət arasında dəstəyi nümayiş etdirdi. Hökümət, və hərkəsdən öncə Prezident İlham Əliyev müharibə şəratində olan inkişaf etməmiş bir keçmiş sovet respublikasını müasir bir dövlətə çevirə bilmə etimadını qazanmışdır. Prezidentin tərəfdaşları da həmçinin dövlət məsələlərini idarə etmə sahəsində səriştəsinə görə ona minnətdardırlar, bu “Azərbaycana sabitlik, tərəqqi və artmaqda olan çiçəklənmə gətirmişdir, halbuki digər keçmiş sovet respublikaları hələ də siyasi qarışıqlıq və iqtisadi tərəddüdə məruz qalmışlar”.

Bundan əlavə, qeyd etmək lazımdır ki, dünyada bir çox demokratik ölkələr dövlət başçısının və ya hökümət başçısının yenilənmə müddətinin sayına məhdudiyyət qoymurlar. Misal üçün Böyük Britaniyaya nəzər saldıqda, Baş Nazir Marqaret Teçer və Toni Bleyerin ardıcıl olaraq üç seçkidə qalib gəldiyini görə bilərik. Almaniyada isə Kansler Angela Merkel hazırda üçüncü müddət üzrə öz vəzifəsinə namizədlik irəli sürür və keçmiş Kansler Helmut Kohl 16 il hakimiyyətdə qalmışdır. Saylar və ya nümunələr həqiqətən də iki dəfədən daha çox ardıcıl müddətdən istifadə etmiş siyasi liderlərin çoxluğunu göstərir.

Venesiya Komissiyası özü bunu Avropa Şurasının Siyasi Məsələlər və Demokratiya Komitəsinin xahişinə əsasən 2009-cu ildə hazırlanmış hesabatda etiraf etmişdir: “Müəyyən bir ölkədə mandatların məhdudlaşdırılması prinsiplərinin və siyasi funksiyaların səriştəsizliyinin təsirləri geniş formada təkcə onların konstitusiyasından və hüquqi bölgüsündən deyil, həmin ölkədə hakimiyyətin bölüşdürülməsindən həm də asılıdır.” Bu nəticəni nəzərə alaraq, Komitə Assambleyaya bu məsələyə dair ilkin qətnamə təqdim etməyi qeyri-müvafiq hesab etdi və iddia etdi ki, “əhatə olunan sahələrdə bütün Avropa Şurasına üzv dövlətlərinə tətbiq edilə biləcək heç bir praktiki təcrübə yoxdur”.

Azərbaycan və Ermənistan: İkili standart

Azərbaycan və Ermənistanda seçki proseslərinə dair ATƏT tərəfindən tərtib edilmiş hesabatları diqqətlə oxuduqda da şərhlər ortaya çıxır.

Siz ATƏT/İHDTB-in Ehtiyyacların Qiymətləndirilməsi Missiyasının Azərbaycan Respublikasında oktyabr 2013-cü il Prezident Seçkiləri haqqında hesabatında oxuya bilərsiniz: “Bütün seçki komissiyalarının tərkibi parlament çoxluğunu namizədləridirlər. Seçki adminstrasiyasının tərkibi mübahsəli məsələ kimi qalmaqdadır və ATƏT/İHDTB-ilə həmsöhbət olan bir neçə şəxs format haqqında narahatçılıq ifadə etdi və bildirdilər ki, təcrübədə bu format hökümət yönümlü qüvvələri bütün komissiyalarda həlledici çoxluq ilə təmin edir və seçki adminstrasiyasının tərəfsizliyinə olan etimadı təhlükəyə atır. Səslərin hesablanması və cədvələ salınması daxil olmaqla Seçki Günü prosedurları ilə də bağlı narahatçılıq bildirildi.

Sonda ATƏT özü etiraf edir ki, Mərkəzi Seçki Komissiyasının yalnız üçdə biri demokratik tərzdə seçilmiş parlament çoxluğu tərəfindən təyin edilir.

Bundan əlavə, qeyd etmək olar ki, yuxarıda qeyd olunan tənqid anonimdir və ATƏT-in özünün aşkara çıxartdığı reallığa cavab vermir.

Siz ATƏT/İHDTB-nin Ehtiyyacların Qiymətləndirilməsi Missiyasının 2012-ci ildə Ermənistan Respublikasında Parlament Seçkilərinə dair hesabatında oxuya bilərsiniz: “ATƏT/İHDTB-ilə həmsöhbət olan şəxslər seçki adminstrasiyası qurumlarına qarşı həm onlarının tərəfsizliyinə və müstəqilliyinə etibarın tam şəkildə olmadığına və həm də, seçki komissiyalarının tam peşəkar, şəffaf və məsuliyyətli tərzdə işləyəcəyinə inam barədə dəyişgən dərəcədə etimad hisslərini ifadə etdilər

ATƏT-in hesabatında bildirdiyi və bizim vurğuladığımız bu iki məqam Azərbaycan Respublikası və Ermənistan Respublikasında vəziyyəti izah etməyə gəldikdə ikili standartların göstəricisidir. ATƏT ekspertlərinin Ermənistanda tam məmnun şəxslər tapdığı halda Azərbaycanda seçki sisteminə qarşı yalnız qəzəbli mövqe bildirən şəxsləri ilə rastlaşmasına inanmaq qeyri-mümkündür.

Azərbaycan: Güllə hədəfində

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda siyasi vəziyyəti əks etdirən belə bir ağır sənəd təqdim etməsi səbəbi insanda maraq yaradır. Bir daha xatırlatmaq lazımdır ki, Azərbaycanın həm enerji resursları, həm də Rusiaya, Türkiyə və Iran ilə ilə qonşuluq baxımından unikal geosiyasi mövqeyi bu ölkəni dünyanın böyük qüvvələri üçün əsas fikir obyektinə çevirir. Məhz buna görə də, Azərbaycan bir çox tərəflərdən, xüsusən də müstəqillik əldə etdikdən sonra Izrail ilə güclü əməkdaşlıq etdiyindən bəri daimi tənqid obyekti olmuşdur.

Azərbaycanı Belarusa (EuFoA, 2011) və ya Əfqanıstan Talibanına (EAFJD, 2009) bənzədib təcavüzkar avtoritar rejim kimi təsvir etmək Azərbaycana qarşı hücum etmək deməkdir. Misal üçün EAFJD-nin hesabatında Bruseldə mərkəzləşmiş lobbi qurumu Culfa qəbirstanlığının dağıdılmasını

Əfqanıstanda taliban tərəfindən Bamiyan Buddasının dağıdılmasına bərabər hesab etdi. Bu baxımdan, Dağlıq Qarabağda ermənilər tərəfindən dağıdılmış mədəni irsi nəzərə alaraq Azərbaycana qarşı bərabər mühakimə tələb edən Avropa Parlamentinin deputatı Isler-Beguinin (Yaşıllar - Fransa) bəyanatına cavab olaraq hesabatda bildirilir: “Yaşıllar qrupu üçün sübut olunmuş və beynəlxalq müstəvidə mühakimə olunmuş hərəkətə - Bamiyan Buddasının Taliban tərəfindən dağıdılmasına tam bərabər olan hərəkətə - dini düşüncələrə görə və təcavüzkar və qurbanlar arasında “tarazlıq” saxlamağın vacibliyi ideyasına əsasən əgər gizlədilmirsə göz yumulmalıdır”.

Buna görə də, Avroviziya müsabiqəsi buna bənzər hücumların edilməsi üçün münasib şərait yaratdı.

Nəticə

İnkar etmək olmaz ki, Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda bir istisnadır və hətta bu bölgədə bir sira ölkələr və hökümətlərin model kimi istifadə edə biləcəyi düzgün idarəçilik nümunəsidir.

Kənardan müşahidə edən şəxs sabit sosial rifah, qadınlar üçün Avropa Birliyinə üzv dövlətlərdə olduğuna çox yaxın şərait və ya dini azlıqlara qarşı tam hörmət hissi olduğunun şahidi ola bilər.

Gəlin unutmayaq ki, demokratiyanın və vətəndaş azadlığının bu əsas göstəriciləri ərazisinin əhəmiyyətli hissəsini, Dağlıq Qarabağı Ermənistanın işğalı nəticəsində itirmiş və 1 milyon insanı, yəni əhalisinin 1%-i qaçqın və məcburi köçkün olan bir ölkədə mövcuddur.

Xarici işğala məruz qalmış digər dövlətləri narahat etdiyi kimi, böyük narahatçılığa baxmayaraq, gənc Azərbaycan Respublikası sosial rifaha, vətəndaş hüquqlarına və demokratiyaya hədəflənmiş olan siyasi kursunu davam etdirdi. Belə bir sücaətə ATƏT -in aşağı dəyər verməsi və son tövsiyyələri ilə ölkənin heyrətamiz tərəqqisinə kölgə salmaq istəyi insanı yalnız dəhşətə gətirə bilər

Məntiqli və siyasi etika qərb demokratiyalarından başlayaraq, beynəlxalq qurumların Azərbaycan Respublikasını seçdiyi yolda (sosial tərəqqi və parlament demokratiyası) dəstəkləməsinə səbəb olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR