BMT baş katibi İsrailin İrana qarşı müharibə çağırışlarından narahatdır

BMT baş katibi İsrailin İrana qarşı müharibə çağırışlarından narahatdır
# 11 noyabr 2012 14:14 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “BMT baş katibi Pan Gi Mun İsrailin İrana qarşı müharibə çağırışlarından narahatdır”. APA-nın “Press TV”yə istinadən məlumatına görə, bunu BMT baş katibinin müavini Martin Nesrki bildirib. Onun sözlərinə görə, BMT baş katibi İsrail rəsmilərinin İranın nüvə proqramı ilə bağlı yaranmış gərginliyin həll olunması üçün təhdid dolu bəyanatlar səsləndirməsinə qarşıdır: “P. G. Mun Orta Şərqdəki böhranın dialoq yolu ilə nizamlanmasının tərəfdarıdır”.

Qeyd edək ki, bu günlərdə İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai BMT baş katibinə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə məktub yazaraq, İsrail rəsmilərinin müharibə çağırışlarını sərt şəkildə tənqid edib.

Məktubda həmçinin vurğulanıb ki, bu cür açıqlamalar beynəlxalq hüquq pozuntusu olduğundan qəbul edilə bilməz və İran hər cür təcavüzkarlığa çox sərt cavab verəcək.

Eyni zamanda məktubda qeyd olunub ki, İran heç bir zaman müharibəni başladan ölkə olmayıb və başqa dövlətlərə hücum kimi bir məqsədi də yoxdur: “Ancaq BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq İran özünü müdafiə haqqını qoruyacaq və bizim təcavüzkarlara qarşı cavabı çox kəskiin olacaq. Ona görə də bu cür açıqlamalar təhrikedici xarakter daşıdığından və bölgədə sülh və sabitliyi təhdid etdiyindən BMT məsələyə dərhal reaksiya verməli və bu kimi şərhlərin təkrarlanmasının qarşısını almaq üçün addımlar atmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR