Dövlət Departamenti: "ABŞ Rusiya ilə Dağlıq Qarabağ münaqişəsi kimi regional məsələlər üzrə daha fəal əməkdaşlıq etməyə hazırdır"

Dövlət Departamenti: "ABŞ Rusiya ilə Dağlıq Qarabağ münaqişəsi kimi regional məsələlər üzrə daha fəal əməkdaşlıq etməyə hazırdır"
# 10 yanvar 2013 05:58 (UTC +04:00)

APA-nın “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland bəyan edib.

“Biz Rusiya ilə qarşılıqlı maraq kəsb edən məsələlər üzrə daha fəal əməkdaşlıq etməyə çalışır, istər ikitərəfli münasibətlər, istər Dağlıq Qarabağ münaqişəsi kimi regional, istərsə də İran, Əfqanıstan, Suriya və s. qlobal məsələləri müzakirə edirik.

Bununla belə, fikir ayrılığı olduqda biz tam aydın və açıq şəkildə öz mövqeyimizi bəyan etmək niyyətindəyik. Hal-hazırda Rusiya ilə fikir ayrılığı insan haqları, Rusiyada demokratiyanın vəziyyəti, Suriyadakı durum və s. məsələlər üzrə yaşanır”, - deyə Viktoriya Nuland qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR