Beynəlxalq media və jurnalistlər erməni terrorunun hədəfində - TƏHLİL

Beynəlxalq media və jurnalistlər erməni terrorunun hədəfində - TƏHLİL
  • Clock-gray 13:49
  • calendar-gray 06 Noyabr 2020

Azərbaycan Ordusunun zərbələri altında əzilən terrorçu ölkə Ermənistan indi də azad medianı hədəf seçib. Müstəqil mövqe sərgiləyən, obyektiv informasiya hazırlayan hər bir jurnalist artıq erməni qanqsterlərinin hədəfinə çevrilib. Ən müxtəlif ölkələrdə terror aktları həyata keçirən, mülkü əhalini qətlə yetirən erməni lobbisi son günlər daha da həyasızlaşıb və Azərbaycanın uğurla həyata keçirdiyi əks-hücum əməliyyatını işıqlandıran dünya mediasını qorxu və vahimə altında saxlayır.

Hətta Azərbaycan Prezidenti İlham Əliyevdən müsahibə götürən xarici jurnalistlərin demək olar ki, hamısı erməni lobbisinin şantajına məruz qalaraq, təhdid olunur, ölümlə hədələnir.

Ağır məğlubiyyətdən başını itirən terrorçu ölkənin dünya mediası ilə bu dildə danışması isə heç şübhəsiz axmaqlıq kimi qiymətləndirilir. Məsələn, “La Repubblica”nın jurnalisti Pietro Del Re Prezident Əliyevə ünvanlandığı “Cənab Prezident, Siz artıq qələbəni dadımsınız" sualına görə ermənilərin qəzəbinə düçar olub. İtaliyanın aparıcı qəzetinin tanınmış jurnalistini bu suala görə ölümlə hədələyir və “Dağlıq Qarabağ etnik təmizləmə və soyqırımı təhdidi ilə üz-üzə olduğu zaman hansı dad, hansı ləzzətdən söhbət gedə bilər? Bu dəqiqə üzr istəyin!” vay-şüvəni ilə onu təhdid edirlər.

Dünya mediasında yalan təbliğatlar qurmaq üçün milyonlar xərcləyən erməni lobbisi anlamaq istəmir ki, onların cəbhədəki məğlubiyyətinin günahkarı azad media deyil, danışıqlar prosesini pozan, Azərbaycanın mülkü əhalisini qətlə yetirməyi əmr edən Ermənistan rəhbərliyi - Nikol Paşinyandır.

“TF1”, CNN, "New York Times" və həqiqəti yazan, obyektiv mövqe tutan digər media orqanlarının jurnalistləri də erməni diasporunun hədəfindədir. Məqsəd dünya mediasını da öz yalanlarının ruporuna çevirməkdir. Kimsə onların düşündüyü kimi düşünmürsə, onlarınb istədiyini yazmırsa, düşməndir – fərqi yoxdur kimdir... Budur ermənilərin azad fikrə və mediaya münasibəti.

Ermənilərin qanqster fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də öz “Twitter” hesabında münasibət bildirib: “İndi də İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi TF1, CNN və "New York Times"ın jurnalistlərini də fiziki təhdidlərə məruz qoymuşdu. Azad mediaya, ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq”.

Hikmət Hacıyev “Sərhədsiz Reportyorlar” təşkilatını və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki, şifahi təhdidləri, təhqiramiz şəxsi hücumları qınamağa çağırıb, bildirib ki, ifadə azadlığına hörmət edilməlidir.

Əslində erməniləri bu dərəcədə qıcıqlandıran odur ki, dünya KİV-də Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərini dərk və qəbul edənlərin sayı artır. Erməni diasporunun ən güclü sayıldığı bəzi Avropa ölkələrində belə ermənilərin cinayətkar davranışları sadə insanlarda nifrətə səbəb olur. Bununla belə, Avropanın obyektiv ictimai-siyasi xadimlərinin və media mənsublarının erməni terrorçuları tərəfindən təqibinin güclənməsi bu ölkələrin ermənipərəst siyasətçilərini də ağır zərbə altında qoyur. Avropa ölkələri, məsələn erməni lobbisinin güclü olduğu Fransanın siyasi elitası da fərqinə varmalıdır ki, bu gün erməni lobbisinin terror cəhdlərinə dözümlü yanaşılması, hətta onun himayə edilməsi demokratiya ilə qətiyyən bir araya sığmır.

Dünya bilməlidir ki, bu gün Ermənistanın təcavüzünə qarşı mübarizə aparan Azərbaycan əslində beynəlxalq terrorizmə qarşı savaşır. Obyektiv düşünən media orqanlarını təhdid edən erməni terrorçularının lideri elə Gəncə və digər məntəqələrimizdə dinc insanları, uşaq, qadın və qocaları qətlə yetirmək əmrini verən Ermənistanın baş naziri Nikol Paşinyandır.

Qərbi Avropanın ən nəhəng ölkələrindən biri olan Fransanın “TF1” telekanalının müxbirinin ASALA terror təşkilatının üzvü olan Papazyan tərəfindən ölümlə hədələnməsinə rəsmi Paris susmamalıdır.

Bütün bu baş verənlər bir daha erməni terrorunun bu gün nə dərəcədə real və təhlükəli olduğunu bütün dünyaya nümayiş etdirir. Bütün dünya bir daha aydın dərk edir ki, Azərbaycan əslində kimlərlə, necə bir işğalçı ölkə ilə, terroru mənimsəmiş və xislətində, hərəkətlərində onu hər addımbaşı nümayiş etdirən birləşmələrlə qarşı qarşıyadır.

Jurnalistləri ölümlə hədələmək Avropa dəyərləri, insan hüquqları ilə ziddiyyət təşkil edir.  Söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq layiq olduqları cəzanı almalıdırlar. Əks təqdirdə, erməni lobbisi Avropa ölkələrinin siyasi elitalarını və mülkü əhalisini də terrora məruz qoya bilər.

Bu addımlar erməni terrorizminin dünya üçün nə dərəcədə real təhlükə olduğunu göstərir. Dünyanın isə bir həqiqəti var - terrorçu ilə danışmırlar, onu məhv edirlər. Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad etməklə məhz bu missiyanı yerinə yetirir.

APA Analytics

apa-logo-mini

Digər xəbərlər