Görülən işlər Prezidentin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözlərinin daha bir təsdiqidir - RƏY

Görülən işlər Prezidentin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözlərinin daha bir təsdiqidir - RƏY
# 18 aprel 2020 11:38 (UTC +04:00)

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da cəmiyyətin mühüm hissəsini mikro, kiçik və orta sahibkarlıq təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, ölkədə müxtəlif sosial qrupların, o cümlədən xırda və orta sahibkarlığa dəstək üçün mühüm işlər görülür.

Karantin rejimi nəticəsində, ölkədə 304 minə yaxın muzdla çalışan insan qeyri-neft sektorunda çalışan insanların təxminən 45 faizindən bir az çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir. Bundan əlavə, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanıb. Bütün bu dəstək tədbirləri nəticəsində, iqtisadi fəallığın dayanıqlığı, iş yerləri və sosial sabitliyin qorunması, iqtisadiyyata və sahibkarlığa dövlət kredit zəmanəti təmin olunmuşdur. Bu məqsədlər üçün Azərbaycanda dövlət büdcəsindən 2,5 milyard manat vəsait ayrılıb və bu MDB məkanında ümumi daxili məhsulun nisbətinə görə ən böyük göstəricidir. Pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Təsadüfi deyil ki, ölkə ictimaiyyəti, ələlxüsus biznes elita Prezidentin bu addımını böyük rəğbətlə qarşılayırlar.

Məsələn, Sahibkar R. Əbülfətoğlu “bu ağır günlərdə ölkə sahibkarlarına, biznes strukturlarına göstərilən diqqət və qayğıya, çoxşaxəli sosial-iqtisadi dəstəyə görə” turizm sənayesi adından Prezidentə təşəkkürünü bildirir.

Əlbəttə ki, koronavirus pandemiyasının dünyada və Azərbaycanda yayılması sərhədlərin bağlanmasına səbəb olub ki, bu da avtomatik olaraq turizm sahəsinə əsaslı şəkildə mənfi təsir göstərib. Hətta, turizmin 0 səviyyəsində olmasına gətirib çıxarıb. Bu təsiri azaltmaq üçün turizm sahəsində fəaliyyət göstərən subyektlərə dövlət dəstəyinin həyata keçirilməsi hökumətin bu sahədə əsas hədəflərindən biridir. Ölkədə turizm sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin tətbiqi hazırda müzakirə predmetidir.

Goranboy rayonunu sakini Niyaz Hacıyev və Xaçmaz rayonu sakini Pənah Ələsgərov yazırlar kı, “hazırda dünyada tüğyan edən koronavirus bütün ölkələr kimi, bizim də iqtisadiyyatımıza, maliyyə sistemimizə öz təsirini göstərib. Amma əsas odur ki, Sizin müəyyənləşdirdiyiniz proqram sayəsində biz vətəndaşlar bunu hiss etmirik. Əksinə, vətəndaşlara maddi dəstək göstərilir, sahibkarlara güzəştlər edilir”.

Mikro, kiçik və orta sahibkarlara güzəştlər kimi, dövlət tərəfindən sahibkarlıq subyektlərinə müddətli vergi güzəştləri və tətillərinin verilməsi, sahibkarlığın kreditləşdirilməsi şərtlərinin yumşaldılması nəzərdə tutulmaqdadır. Mikro sahibkarlıq subyektləri üçün vergi sahəsində əsas güzəştlər paketinə həm birbaşa vergi ödəmələri, həm də bəyannamələrin təqdim edilməsi ilə bağlı inzibatçılıq məsələləri daxildir. Vergi güzəştləri fəaliyyət istiqamətləri üzrə fərqli formada müəyyən edilib. Məsələn, mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi, müvafiq müddətə əmlak və torpaq vergisindən, eləcə də vergi ödəyicilərinin mənfəət (gəlir) vergisinə müvafiq məbləğdə və müddətdə azadolmalar planlaşdırılıb. İctimai iaşə fəaliyyəti ilə məşğul olanlar üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərinin isə mənfəət (gəlir) vergisindən, bəzi vergi ödəyicilərinin müvafiq bir müddətə ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Proqrama əsasən, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli, bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad olunması, eləcə də həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad olunması gözlənilir. Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması, həmçinin epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması da görüləcək tədbirlər sırasında yer alıb.

Ümumiyyətlə, danılmaz faktdır ki, 2018-ci ildən başlayaraq aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Qeyd etmək yerinə düşər ki, ötən ilin Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 91,9 % mikro müəssisələr təşkil edib və onların əsas hissəsi ticarət 31,3 %, iaşə 17,2%, tikinti 31,3% və kənd təsərrüfatı 8,8% hesab olunurlar.

Yeri gəlmişkən, “Dünya Bankının nüfuzlu “Doing Business” hesabatı hər il dünyanın hər bir ölkəsindəki iqtisadiyyat, biznes sahəsində olan vəziyyəti araşdırır. Azərbaycanda son illərdə bu sahələrdə baş verən islahatlar göz qabağındadır. Bu islahatların effektiv olması Dünya Bankının nüfuzlu hesabatında da öz yerini tapıb. “Doing Business 2020” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə siyahısına daxil edilməsi onu göstərir ki, Azərbaycan hakimiyyətini tənqid etməklərinə baxmayaraq, Azərbaycanın biznes mühitinin və iqtisadiyyatının şəffaflaşdırılmasında sahibkarlığa dövlət tərəfindən verilən dəstək dünyanın ayrı-ayrı ölkələrinin təşkilatlarının diqqət mərkəzindədir.

Beləliklə, koronavrusun yayıldığı ilk gündən Azərbaycan Respublikası koronavirusla mübarizədə profilaktik və preventiv xarakteri ilə seçildi, ən optimal və effektli tədbirlər görən ölkə kimi nümunə oldu. Bütün bunlar ölkə Prezidenti İlham Əliyevin “Bizim siyasətin mərkəzində Azərbaycan xalqı, onun sosial rifahı dayanır” sözlərinin daha bir təsdiqi oldu.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi

Bakı Politoloqlar Klubunun sədri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR