
- apa.az
- Siyasi
Müharibə riski, "ağzına su almış" vasitəçilər - TƏHLİL
Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi adlandırmasının ardınca bu ölkənin baş diplomatı Zöhrab Mnatsakanyan da eyni ritorika ilə çıxış etdi. Paşinyanın bəyanatından sonra Ermənistan XİN açıqlama yayaraq, hər nə qədər onun sözlərinin düzgün anlaşılmadığını qeyd edib, vəziyyətdən çıxış yolu axtarmağa çalışsa da, Mnatsakanyan nöqtəni qoydu, Dağlıq Qarabağ məsələsi ilə bağlı həm İrəvanın, həm də dünya ermənilərinin əsas məqsəd və niyyətini açıqladı: "Miatsum"
Ermənistan rəhbərliyinin bu addımları təbii ki, rəsmi Bakının sərt etirazına səbəb olmalı idi, oldu da. Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın Dağlıq Qarabağın ilhaqına dair Paşinyanın bəyanatını təkrarlamasını şərh edən Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib ki, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər.
"Zöhrab Mnatsakanyanın Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması əslində onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır”, - deyə XİN sözçüsü bəyan edib.
L. Abdullayeva onu da bildirib ki, artıq Azərbaycan Xarici İşlər Nazirliyi BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk qrupu həmsədrləri və digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, N. Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı mövqeyini çatdırıb.
Paşinyanın, ardınca da Mnatsakanyanın bəyanatı ilə bağlı ümumi qənaət bundan ibarətdir ki, rəsmi İrəvan artıq ilhaq faktını gizlətmir. Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda əldə edilən razılaşmaları kobudcasına pozmaqda israrlı görünür. Belə davranış isə yeni situsiya yaradır. Ermənistanın ilhaq və işğala haqq qazandırması bölgədəki vəziyyətin son dərəcə mürəkkəbləşməsinə gətirib çıxara bilər. Mövcud Ermənistan rəhbərliyi münaqişə tərəflərini hərbi əməliyyatlara təhrik edir. Bu məsələdə Paşinyan yalnız Bakıya qarşı bəyanatlar səsləndirmir, eyni zamanda nizamlama prosesini üzərinə götürmüş ATƏT-in Minsk qrupuna və danışıqlarda əsas vasitəçi olan üç ölkəyə - Rusiya, Fransa və ABŞ-a qarşı çıxır. Bu, həm də onun beynəlxalq prinsip və normalara əhəmiyyət verməməsi deməkdir. Paşinyan artıq öz seçimini edib, danışıqlar prosesindən uzaqlaşmaq yolu tutub.
İstər Nikol Paşinyanın, istərsə də Zöhrab Mnatsakanyanın son bəyanatları bölgənin sabitliyinə və bir sıra beynəlxalq layihələrin taleyinə mənfi təsir göstərə bilər. Paşinyanın "Artsax Ermənistandır" bəyanatı danışıqları uzun müddət imitasiya etmək imkanını da məhdudlaşdırır. Bu baxımdan, ATƏT-in Minsk qrupunun Ermənistan rəhbərliyinin danışıqlar prosesini pozmağa yönəlmiş bəyanatlarını sükutla izləməsi anlaşılan deyil. N. Paşinyan öz bəyanatı ilə Ermənistanın münaqişə tərəfi olduğunu etiraf etməklə yanaşı, dolayısı ilə olsa da, danışıqlardan çıxdığını elan edir. Bu isə bölgədə yeni savaşın başlanmasına çağırış kimi də qiymətləndirilə bilər. Vasitəçilərin, beynəlxalq güclərin bütün bunları görməzdən gəlməsi, sükut nümayiş etdirməsi isə təəccüb doğurmaya bilməz.
Həmsədrlərin, həmsədr ölkələrin, beynəxalq təşkilatların və lider dövlətlərin bəyanata reaksiya verməmələri belə düşünməyə əsas verir ki, Dağlıq Qarabağ problemi onlar üçün arxa plana keçib. Belə olan halda Paşinyanın bu bəyanatını "nəbz yoxlaması" da saymaq olar: Bəyanat verildi, beynəlxalq reaksiya yoxdur, işğala və ilhaqa davam... Ancaq Azərbaycan üçün bu, heç bir halda qəbuledilən deyil. "Status-kvo"nun davam etməsi, üstəlik Ermənistan rəhbərliyinin son bəyanatları müharibə ehtimalını önə çıxarır. İrəvan növbəti dəfə “hərbi marş” oxuyur. Paşinyanın danışıqları pozması Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatların yenidən başlaya biləcəyi riskini artırır. Qarabağ savaşında silahların yenidən işə düşməsi hər nə qədər dünya güclərinin maraqlarına cavab verməsə də, bunun yaşanmaması üçün heç bir addım da atılmır. Qarabağ məsələsi beynəlxalq müstəvidə taleyin girdabına buraxılmış kimi görünür. Paşinyanın son bəyanatına vasitəçilərin seyrçi qalması ATƏT-in Minsk qrupunun fəaliyyətinin əhəmiyyətsiz olması barədə fikirləri bir daha təsdiqləmiş olur. Deməli, artıq yeni format axtarışlarına başlamaq olar. Yeni format tapmaq mümkün olmadıqda isə müharibə qaçılmaz olacaq. Bu yerdə xüsusi vurğulamağa gərək var ki, hərbi toqquşmalar başlayanda bunun məsuliyəti həm də mühaqibə təhlükəsinin real olduğunu anlamayan "ağzına su almış" beynəlxalq vasitəçilərin üzərinə düşəcək. Həmsədrlər Paşinyanın və Mnatsakanyanın getdikcə həyasızlaşmasının da əsas günahkarıdırlar. Ermənistanda rəhbərliyə gəldiyi gündən özünü ərköyün yeniyetmə kimi aparan Paşinyanın şıltaqlıqlarına, danışıqlarla bağlı ziddiiyyətli bəyanatlarına dözdükcə, qarşısına konkret şərtlər qoymadıqca onun bu yerə qədər "irəliləyəcəyi" gözlənilən idi.
Yaranmış yeni situasiyanı, əslində, Azərbaycan üçün əlverişli də saymaq olar. Bakının illərdir, dediyi sözləri Paşinyan və naziri öz ağızları ilə etiraf edilər. Belə olan halda Azərbaycan diplomatiyası bu bəyanatlardan öz haqlı mövqeyini gücləndirmək üçün istifadə etməlidir. Həmsədrlərin susqunluğu bu şansı daha da artırır. Ələ düşmüş fürsəti qaçırmaq olmaz. Azərbaycan döyüş meydanında üstünlük əldə etməkdən ötrü bu gün siyasət meydanında mövqelərini gücləndirmək üçün yaranmış imkandan maksimum yararlanmalıdır. Münaqişənin hərb yolu ilə həlli zərurəti yarananda bu günlər bizə çox lazım olacaq.
APA Analytics

Digər xəbərlər
XƏBƏR LENTİ
Xaçmazda 17 min manatlıq oğurluq edən keçmiş məhkum tutulub
Azərbaycanda əsas kapitala yönəlmiş vəsaitin həcmi 1% azalıb
Səyavuş Heydərov: "Son 3 ildə Azərbaycan vətəndaşlarının xaricdəki qeyri-qanuni silahlı birləşmələrə qoşulma halları qeydə alınmayıb"
Şimali Kiprdə azərbaycanlı rəssamın fərdi sərgisi təşkil edilib
Azərbaycan Rusiya ilə birgə gəmilər istehsal etmək niyyətindədir
Ervin Kuman Oman millisindən istefaya göndərilib
Azərbaycan və Aİ arasında keçiriləcək təhlükəsizlik məsələləri üzrə dialoqun vaxtı dəqiqləşib
Gürcüstan bu il benzin və dizel idxalını cüzi artırıb
Bakıda evdən 20 min manat oğurlanıb
Komitə: Özəl torpaqlarda tikilən məscidlər bələdiyyələrin balansına verilməlidir
Gürcüstanın bu il idxal etdiyi benzin və dizelin 15%-i Azərbaycanın payına düşüb
BP "Azəri-Çıraq-Günəşli – 25" kitabını təqdim edib
Yeməyə ən çox pul xərcləyən Avropa ölkələrinin reytinqi açıqlanıb - TOP-10
AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib
Səyavuş Heydərov: "İşğal olunmuş ərazilərdəki məbədlərdə heyvanların saxlanılması barədə beynəlxalq təşkilatlara məlumatlar verilib"
Masallıda ölümlə nəticələnən qəza baş verib
Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb
Azərbaycan XİN Qazaxıstanın Müstəqillik Gününü təbrik edib
Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
ƏƏSMN: Heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz
Bakıda icra hakimiyyətinin şöbə müdiri intihar edib, cinayət işi başlanıb - RƏSMİ
Azərbaycan Beynəlxalq Bankı "AmEx" kartları ilə bağlı yeni kampaniya keçirir
Bakıda Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib
Zelenski bu gün Azərbaycana gəlir
Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına dair tədbirlər proqramı imzalanıb
FHN: Bu il baş verən yol qəzaları və yanğınlar nəticəsində 121 nəfərin meyiti çıxarılıb
Səhiyyə Nazirliyi: Qusarda zəhərlənən 8 nəfər evə buraxılıb - YENİLƏNİB
Azərbaycanda xarici ölkə vətəndaşlarına göstərilən rabitə xidmətlərinin dəyəri 21% azalıb
Türkiyədə Fikrət Əmirovun “Nəsimi” baletinin premyerası olub
Ramil Quliyev: “Ölkəmə Olimpidanın qızıl medalını gətirmək üçün əlimdən gələni edəcəm”
Xaçmazda avtomobil velosipedçini vuraraq öldürüb
Bakının cənub girişində təmir-bərpa işlərinə başlanılır
“Foden” əmtəə nişanlı qida əlavəsinin saxtalaşdırıldığı aşkarlanıb
Lənkəranda həkimin evindən 80 min manat oğurlanıb
Azərbaycanın xarici ölkələrlə qarşılıqlı maliyyə xidmətlərinin dövriyyəsi 15% azalıb
Cocuq Mərcanlıya marşrut avtobusları hərəkət edəcək
Bakıda nənə və nəvəsi dəm qazından boğulub
"Saipem" "Abşeron" yatağında infrastrukturun qurulmasına hazırlaşır
Şəhriyar Məmmədyarov: “Növbəti iki ildə hər şeyi əldə etməyə çalışacam”
Azərbaycan nefti həftə ərzində 3% bahalaşıb
AMB-nin valyuta məzənnələri
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
Dünya bazarlarında təbii qaz ucuzlaşıb
Neft yenidən ucuzlaşıb
DİM başqasının yerinə imtahan verənlərin 6 min manatadək cərimələnməsini və ya 2 ilədək həbs edilməsini təklif edir
Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
Bakıda mənzildə meyit aşkarlanıb
Türkiyə Prezidenti AVRO-2020-nin final mərhələsinin A qrupundakı oyunlarını Bakıda izləyəcək
ABŞ İrandakı Fordou nüvə obyektinə tətbiq olunan sanksiyaları bərpa edir
Bakıda özünü 4-cü mərtəbədən yerə atan 64 yaşlı qadın xəstəxanada ölüb - YENİLƏNİB

VİDEO XƏBƏRLƏR


Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi: "Yanğın təxminən 300 kv. metr sahəni əhatə edib" - VİDEO

Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO - VİDEO

"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO

DİN ötən gün "Torqovı"da baş verən hadisə ilə bağlı məlumat yayıb - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"