
- apa.az
- Siyasi
Xalq göstərdi: seçiminə sadiqdir, islahatları dəstəkləyir - TƏHLİL
Dünən Bakıda ümumxalq yürüşü keçirildi. Ön sırasında Azərbaycan Prezidenti İlham Əliyevin olduğu bu yürüşdə onminlərlə vətəndaş iştirak etdi. Xalq dünən tarixinin ağrılı, faciəli səhifəsini Prezidenti ilə birgə andı, Prezidentinin, Dövlət ərkanının yanında oldu...
Prezidentin 2019-cu il islahatları
2019-cu il başlayandan Prezident İlham Əliyev hakimiyyəti dövründə apardığı islahatçı xətti daha da dərinləşdirib. Bəzi ekspertlərin, inqilabi hesab elədikləri bu dəyişikliklərə həm də cəmiyyət və hökumət arasındakı bürokratik əngəlin açılması da demək olar.
İl başlayandan dünyanın bir çox önəmli ölkələrinə səfər edən, beynəlxalq tədbirlərdə iştirak edən dövlət başçısı ölkə daxilində də səfərlərini intensivləşdirdi. Bu səfərlərdə yeni iş yerlərinin açılışı, infrastruktur layihələri ilə maraqlanması diqqət çəkdi. Amma ən yadda qalanı, Prezidentin əhali ilə görüşləri, xalqın, sadə vətəndaşların, bir az da açıq desək, İlham Əliyevdən heç bir vəzifə, imtiyaz umacağı olmayan, ona səs verən insanların münasibəti idi.
Zəlzələdə dağılan evinə baş çəkdiyi nənənin Prezidentə sayğısı, evi zərər çəkmiş başqa bir qadının söhbət sırasında söylədiyi "Yaxşı ki Siz varsınız" ümidi, Beyləqanda dövlət başçısına münasibətini ifadə edən ağsaqqallar, gənclər, Sumqayıt bulvarında əhalinin ölkə başçısı ilə olan görüşündəki xoş epizodlar... Və ölkənin ən kədərli tarixlərindən birində Prezidentin arxasınca yürüyən onminlərlə insan...
Adamlar Prezidentə yaxın olmaq, Dövlət başçısı ilə danışmaq, sevincli gündə də, kədərli tarixdə də onu yanlarında görmək və Onun yanında olmaq istəyirlər. Bu, ictimai rəyin Prezidentə və onun hakimiyyətinə münasibətidir.
Və bu danılmazdır ki, İlham Əliyev bu sevgini Özü, gördüyü işi, apardığı ardıcıl siyasət və prinsipiallığı, milli maraqları, deməli, həm də Xalqını qorumağı ilə qazanıb.
Prezident ilin əvvəlindən bəri cəmiyyəti narahat edən bir neçə məsələni şəxsən həll edib, nöqtə qoydu. Şəhid ailələrinə veriləcək birdəfəlik konpensasiya ilə bağlı problemin həlli, Mehman Hüseynovla bağlı yaranmış insidentin aradan qaldırılması üçün barışdırıcı tövsiyyəsi, ictimai rəyin narahatlığına səbəb olmuş bir neçə məsələni humanist və cəmiyyətin mövqeyindən həlli Prezidentin reytinqini davamlı olaraq artırdı və alternativsizliyini daha da dərinləşdirdi.
Təkcə son bir həftə ərzində Prezidentin imzaladığı sərəncamlarla 1 milyon 500 min insanın sosial təminatında yaxşılaşma baş verdi. Əmək pensiyasının minimum məbləği, müharibə əlilləri, müharibə veteranları üçün nəzərdə tutulan, həmçinin, yaşa, sosial statusa görə olan müavinətlər artırıldı.
Dövlət başçısı "problemli kreditlər" adlı sözün həqiqi mənasında böyük problemin həll ediləcəyinin anonsunu verdi. Statistikaya görə, həmin kreditlərinin çoxu 10 min manata qədərdir. Bu isə onu deməyə əsas verir ki, bu krediti götürən adamların banka girov qoyduqları daşınmaz əmlak əksər hallarda onların yeganə yaşayış ünvanı olur. Bu problemin həlli minlərlə insanı yaşayış ünvanı ilə bağlı mübahisədən qurtaracaq, eyni zamanda banklara münasibəti pozitivləşdirəcək, insanlarda sabaha daha yaxşı işlər görmək inamı yaradacaq.
Bu ilin ən yaxşı hadisələrdən biri ictimai rəyin öyrənilməsi üçün iki fərqli mərkəzin, cəmiyyətin problemlərinin elmi, sosioloji təhlili istiqamətində işləyəcək qurumların birbaşa Prezident sərəncamları ilə yaradılması oldu. Bu, Prezidentin ictimai rəyə olan münasibətinin, ictimai nəzarətin vacibliyi barədə dəfələrlə vurğuladığı fikirlərin əməli təsdiqidir.
İslahatlar çox yaxşı dəyişikliklərə səbəb olur və pozitiv qarşılanır. Əhalinin böyük əksəriyyətinin aktivliyi ilə seçildiyi sosial medianın qısa monitorinqində belə bunu görmək mümkündür. Görünən odur ki, pozitiv dəyişikliklər əhali tərəfindən müsbət qarşılanır və Prezident Xalqa arxalanıb islahatları davam etdirmək mövqeyində çox haqlıdır.
Problemlər bitdimi?
Problemlər bitdimi? Əlbəttə, yox! İnkişaf etməkdə olan, yaşayan, nəfəs alan cəmiyyətlərdə problemlər heç vaxt bitməz. Sənədsiz evlərlə bağlı məsələnin pozitiv həlli, iqtisadi və siyasi islahatların dərinləşməsi, yerli məmur özbaşınalığına qarşı mübarizə, məhkəmə-hüquq sahəsində islahatlarla bağlı işlər davam edir.
Amma diqqət yetirilməli məsələ başqadır: Problemlər var, kimsə onları inkar etmir. Əsas məsələ isə odur ki, Xalq problemlərin həllini başqasından deyil, məhz Prezident İlham Əliyevdən gözləyir. Bir siyasətçinin, dövlət adamının ən böyük uğuru elə budu. Adamlar onları narahat edən, sıxan problemlərin həllini İlham Əliyevdən gözləyir. Çünki Ona inanır. Məsələ bu qədər sadə və açıqdır.
Tamamilə real və heç bir mübaliğəsiz olaraq, ictimai rəydə, sosial və siyasi reytinqdə Prezidentlə müqayisə olunacaq, ona alternativ olacaq siyasətçi yoxdur. Xalqın belə bir seçim elədiyi, belə bir tərəddüddə qaldığı görünmür. Kiçik, sosial bazası geniş olmayan qruplara rəhbərlik edənlərin İlham Əliyevlə istənilən müstəvidə müqayisəsi qüsurludur. Xalq belə müqayisə aparmadığını hər fürsətdə nümayiş etdirir və göstərir ki, seçkidə etdiyi SEÇİMinin arxasındadır.
Vüsalə Mahirqızı
Vüsalə Abışova
Digər xəbərlər
XƏBƏR LENTİ
Daşkəsəndə 64 yaşlı qadının boyunu qırılıb
Rusiyada anbarda güclü yanğın baş verib
Mönhenqladbax “Borussiya”sı liderliyi qaytara bilməyib
Ərdoğan Liviya Milli Barışıq Hökumətinin başçısını qəbul edib
“Mançester Siti” səfərdə “Arsenal”ı məğlub edib
“Sivasspor” “Fənərbaxça”ya qalib gəlib, “Beşiktaş” evdə uduzub
Fransız aktrisa Anna Karina vəfat edib
Banqladeşdə fabrikdə baş verən yanğında 10 nəfər ölüb
Şəmkirdə maşınla vurulan piyada xəstəxanada ölüb - YENİLƏNİB
Mfo Kqasvane: "Zirə" mənə görə Botsvanada yaxşı tanınır” - MÜSAHİBƏ
Bakıda təcili yardım avtomobili qəzaya uğrayıb - FOTO
Konqoda terrorçular 22 nəfəri qətlə yetirib
İrəvanda Gürcüstan səfirliyinin avtomobili qarət edilib
“Qəbələ” darmadağınla qalib gəlib, paytaxtda qapılara qol vurulmayıb
Türkiyə təhlükəsizlik qüvvələri kamikadze-PUA-larla təchiz ediləcək
İraqda İŞİD-in qətlə yetirdiyi mülki şəxslərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb
Qubada yük maşını qəzaya uğrayıb, Rusiya vətəndaşı ağır xəsarət alıb
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Türkiyəyə qanunsuz miqrant axını artıb
Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb
Fransada güclü külək və yağışlar 2 nəfərin ölümünə səbəb olub
Filippində 6,8 maqnitudalı zəlzələ olub, 1 nəfər ölüb - YENİLƏNİB
SSRİ-nin sabiq İnformasiya və Mətbuat naziri vəfat edib
Masallıda zəlzələ olub
Qazaxıstan Baş Prokurorluğu icazəsiz aksiya barədə xəbərdarlıq edib
Sabah Bakıda hava dumanlı olacaq, şimal və qərb rayonlarına yağış yağacaq
“Dünya gözəli-2019” müəyyənləşib
Liviyanın Misirdəki səfirliyi fəaliyyətini dayandırıb
Türkiyə Şimali Kiprdə PUA-lar üçün baza qurmağa başlayıb
Göyçayda yıxılaraq başından travma alan 9-cu sinif şagirdi ölüb
Nepalda avtobus dərəyə yuvarlanıb, 14 nəfər ölüb
Bələdiyyə seçkiləri ilə əlaqədar bildirişlərin seçicilərə paylanması prosesi başa çatır
Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub
Bakı və Gəncədə kafe yanıb
Venesuela hökuməti müxalifətin hərbçilərə qarşı terror hücumu hazırladığını bildirib
ABŞ öz ordusunun üçdə birini Əfqanıstandan çıxarmaq niyyətindədir
Kiprin "Apollon" klubunun prezidentinin evi komandanın oyunu zamanı qarət olunub
Abşeron rayonunun Məhəmmədi kəndində əl qumbarası aşkarlanıb - FOTO
Livanda 50-dən çox etirazçı qarşıdurmalar zamanı xəsarət alıb
ABŞ İranın Fordo kəndindəki nüvə obyekti ilə bağlı sanksiyaları bərpa edir
Binəqədi-Xırdalan yolunda üç avtomobil toqquşub - FOTO
“Atletiko” iki cavabsız qolla qalib gəlib
"Napoli" yenə uduzub
“Barselona” xal itirdiyi matçdakı hakimlikdən şikayət edəcək
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək
“Marsel” xal itirib, “Nant” səfərdə qələbə qazanıb
Vaşinqton KXDR-in sınaqları ilə əlaqədar Seul və Tokio ilə fəaliyyət qurur
Mingəçevirdə mübahisə zamanı bıçaqlanan şəxsin kimiyi məlum olub - YENİLƏNİB
Rusiyada ərzaq anbarında güclü yanğın olub
Bakıda növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalının qala-konserti keçirilib, Leyla Əliyeva konsertdə iştirak edib - FOTO

VİDEO XƏBƏRLƏR


Bakıda Ziya Bünyadov prospektində zəncirvarı qəza baş verib, yolda tıxac yaranıb - FOTO - VİDEO

"Ulduz" şokolad fabriki “Soyuq əllər, isti ürək” yarmarkasında iştirak edir - VİDEO

DİN ötən gün "Torqovı"da baş verən hadisə ilə bağlı məlumat yayıb - VİDEO

Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub - FOTO - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA

Ağstafada iki ədəd 122 mm-lik raket aşkar olunub
Arxiv
TOP 5
Bakıda polisə odlu silahla müqavimət göstərən və "Torqovı"da asayişi pozan şəxslər barəsində cinayət işi başlanıb
Ramiz Zeynalov yanğın baş verən ərazidə nəqliyyatın hərəkətinin tənzimlənməsində iştirak edib - FOTO
Nazir müavini: “Yeni ildə 6 günlük məktəblərdə neçə gün tətil olacağı hələ müəyyənləşməyib"