Nə üçün məzlum kəşmirlilərlə həmrəylik? - Məqalə

Nə üçün məzlum kəşmirlilərlə həmrəylik? - <span style="color: red;">Məqalə
# 05 fevral 2018 07:35 (UTC +04:00)

Bu, bir tarixi faktdır ki, Hindistan 1947-ci il oktyabr ayının 27-də öz qoşunlarını Şrinaqara cəmləşdirərək, Kəşmir xalqının istəklərinə zidd olaraq, Cəmmu və Kəşmiri qeyri-qanuni yollarla işğal edib və ümumilikdə, Hindistan, subkontinentin Bölünmə Planına məhəl qoymayıb, beləliklə iki müstəqil ölkə - Pakistan və Hindistanın yaranmasına gətirib çıxarıb.

Britaniyanın Hindistan subkontinenti üzərindəki hökmranlığı sonunda - 1947-ci ildə 550-dən çox Knyazlıq ya Hindistana, ya da Pakistana qoşulmaq seçimi ilə müstəqillik əldə etdi. Böyük əksəriyyəti müsəlman olan Cəmmu və Kəşmirin Pakistana qoşulmaq istəyi təbii tendensiya idi, lakin hind hökmdarı və Hindistan Milli Konqresi rəhbərlərinin yürütdüyü məkrli fikirləri və Britaniyanın bölgə xalqının gələcəyini məhv etməsi Kəşmir münaqişəsinin toxumlarının səpilməsinə gətirib çıxardı. Cəmmu və Kəşmir xalqı hind işğalına qətiyyətlə müqavimət göstərib və indiki Azad Cəmmu və Kəşmir kimi tanınan geniş ərazini azad etməklə kütləvi mübarizə başladıb.

Onların mətinliyi və dözümlülüyü Hindistanı məğlubiyyətə qədər gətirdi və beynəlxalq ictimaiyyəti Kəşmir məsələsinin həllinə yönəltdi. 1948-ci il yanvarın 1-də Nyu-Dehli Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciət etdi; həm Pakistan, həm də Hindistan tərəfindən qəbul edilən ardıcıl qətnamələrdə Kəşmir xalqının öz gələcəklərinə özləri qərar vermələri üçün BMT-nin nəzarəti altında azad və qərəzsiz ümumxalq səsverməsinin keçirilməsi nəzərdə tutulurdu.

Lakin BMT-nin qərarları və Hindistan rəhbərliyi tərəfindən verilən vədlər bir neçə onilliklər keçməsinə baxmayaraq, yenə də yerinə yetirilməməkdədir. Pakistan və Kəşmir xalqı dini, coğrafi, mədəni dəyərlər baxımından güclü bağları paylaşır. 1947-ci ildən Hindistanın amansız işğalı Cəmmu və Kəşmir xalqlarının davamlı əzab çəkmələrinə səbəb olub. Hind qoşunlarının zülmü səbəbiylə yüz minlərlə kəşmirli işğal olunmuş ərazilərdən Pakistana köç edib.

19 iyul 1947-ci ildə Şrinaqar şəhərində İslam Konfransı görüşündə Cammu və Kəşmirin həqiqi nümayəndələrinin qəbul etdiyi qətnamə Pakistanla Cəmmu və Kəşmir arasında mövcud olan ideoloji birliyin tutarlı sübutudur. İşğal altındakı Kəşmir xalqı, "Yaşasın Pakistan" və "Biz Pakistanı istəyirik" kimi şüarlar ataraq, Pakistanla həmrəylik nümayiş etdirdi. Pakistanın milli günlərində və Hindistana qarşı nümayişlərdə Pakistan bayraqlarını qaldırdılar, Hindistan isə bu günləri qara günlər kimi qəbul edirdi. Öz şəhidlərini torpağa tapşırmadan öncə Pakistan bayraqlarına bükmələri kəşmirlilərin adəti halına gəlmişdi. Əslində, pakistanlılar və kəşmirlilər Kəşmir münaqişəsini 1947-ci ildə Cənubi Asiya subkontinentinin natamam bölünməsi kimi qiymətləndirir, Cəmmu və Kəşmir xalqının azadlıq mücadiləsini Pakistan hərəkatının ayrılmaz hissəsi hesab edir.

Hindistan son yeddi onillikdə Cəmmu və Kəşmir xalqını təslim etməkdə müvəffəqiyyətsiz olaraq, bütün səy və qaynaqlarını itirdi və xalqın qəlbində Pakistana olan sevgisini silib ata bilmədi.

1989-cu ildən etibarən işğal altındakı Kəşmir xalqı öz azadlıq mücadiləsini gücləndirdiyi bir vaxtda, işğal altındakı torpaqlarda Silahlı Qüvvələrin Xüsusi Güc Qanunu və Dağılmış Zonalar Qanunu kimi sərt qanunların qoruması altındakı Hind qüvvələri, başlı-başına buraxılmış dəstələrdən istifadə edərək, doxsan dörd min kəşmirlini şəhid edib, iyirmi iki mindən artıq qadını dul, yüz mindən artıq uşağı yetim qoyub, on mindən artıq qadına təcavüz olunub. Həbsdə olarkən itkin düşmüş minlərlə günahsız gəncin harada olduğu bilinməsə də, işğal olunmuş ərazilərdə minlərlə kütləvi məzarın aşkar olunması, itkin düşmüş şəxslərin təhlükəsizliyi ilə bağlı narahatlıq yaratmaqdadır.

Tanınmış gənclik hərəkatının lideri Burhan Muzaffar Vaninin 8 iyul 2016-cl il tarixdə Hind qruplaşmaları tərəfindən mühakimə olunmadan qətlə yetirilməsi Kəşmirin azadlıq hərəkatına daha da canlandırdı. İndiyə qədər nümayişlərdə diyircəkli və gözyaşardıcı mərmilərdən istifadə edilərək 172 dinc sakin qətlə yetirilib, 21 minə yaxın indan yaralanıb. 280-dən çox gənc pelet güllə yarasından bir və ya hər iki gözünü, təxminən 1000 nəfər isə görmə qabiliyyətini itirib. Hürriyyət liderləri də daxil olmaqla, yüzlərlə insan dəmir barmaqlıqlar arasına salınıb. Ancaq bütün bu qəddarlıqlar kəşmirlilərin qətiyyətini boğa bilmədi və davam etməkdə olan azadlıq hərəkatının nəyin bahasına olursa-olsun, məntiqi sonluğa çatdırılmasında qərarlıdırlar.

Kəşmir nüvə silahına malik iki qonşu ölkə - Pakistan və Hindistanla əhatələnmiş bir nüvə alovlanma nöqtəsidir. Məsələnin həssaslığını dərk etmək dünya ictimaiyyətinin məsuliyyətindədir. Hindistanın qeyri-real və qətiyyətsiz münasibəti səbəbindən, bütövlükdə Cənubi Asiyanın sülh və sabitliyi təhlükə altında qalmaqdadır. BMT-nin qətnamələri ciddiyə alınmalı, Hindistanın insan haqları pozuntuları diqqətdən kənarda qalmamalıdır.

5 Fevral - bir xəbərdarlıqdır, ciddi xəbərdarlıq! Cəmmu və Kəşmir xalqına bu mübarizədə, təkcə Pakistanın deyil, həm də dünyanın bütün sülh və ədalətsevər ictimaiyyətinin onlarla birlikdə olduqları bildirilməlidir.

"Kashmir Media Service/İslamabad"-ın baş redaktoru Məhəmməd Raza Malik

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR