
- apa.az
- Siyasi
Paranoylar gəmisi - MƏQALƏ
Rusiyada nəşr olunan “Ekspress-qazeta”nın 2018-ci il 14 may tarixli nömrəsində Yaroslav Filipovun “Cənubi Qafqazda yeni qaynar nöqtə yaranır. Paranoylar gəmisi” sərlövhəli məqaləsi dərc olunub.
Məqaləni təqdim edirik:
Ermənistanda hakimiyyət dəyişib. Hansısa “vilayət komitəsi” tərəfindən idarə edilən qiyamçılar qalib gəliblər. Nikol Paşinyanın tərəfdarları öz rəhbərlərini baş nazir vəzifəsində “əyləşdirməyə” nail olublar. İndi falçının yanına getməyə ehtiyac yoxdur. Bu ölkə tədricən Qərbin təsiri altına düşəcək və Rusiya ilə münasibətlərini hökmən korlayacaq. Biz belə ssenariləri dəfələrlə müşahidə etmişik. Bəs Moskvanın dəstəyi olmasa, Cənubi Qafqazdakı bu kiçik respublikanı nələr gözləyir? Yaxşı heç nə.
Amerikalılar Ermənistanda növbəti maydan yaratmaq imkanını çox tez gördülər. Onlar Yerevanda etiraz əhval-ruhiyyəsini süni şəkildə qızışdırdılar, protest aksiyaları təşkil etdilər və nəticə etibarilə baş nazir Serj Sarkisyanın istefa verməsinə nail oldular.
Paşinyanı ilk dəfədən seçmək mümkün olmadı. 105 deputatdan yalnız 45-i onun lehinə səs verdi. Qalib gəlmək üçün 8 səs çatmadı. Hakim respublikaçılar partiyası onun əleyhinə çıxdı. Bundan sonra “ermənilərin Saakaşvilisi” parlamenti açıq-aşkar şantaj etməyə, yeni mitinqlər təşkil olunacağı barədə hədə-qorxu gəlməyə başladı.
Muzdlu qiyamçılar yolları kəsdilər, aeroportu bağladılar. Üstəlik, onlar bəzi deputatlara pul ödədilər və nəticədə ikinci dəfə səsvermədə Qərbin agenti olan namizədi 59 deputat dəstəklədi, 42 deputat onun əleyhinə səs verdi. Çevriliş baş tutdu.
Xatırladaq ki, 2017-ci ildə keçirilən seçkilərdə onun partiyası səkkiz faizdən az səs toplamışdı. Yəni, o, respublikaya qanuni rəhbərlik edə bilmədi. Lakin məlum olduğu kimi, fəal azlıq xüsusən yaxşı təşkil edilmişdirsə, maliyyələşdirilirsə və istənilən cinayətləri törətməyə hazırdırsa, inqilabda qalib gəlir.
Belə hallarda rəhbər adətən kütləyə “bütün yaxşılıqlara hə, bütün pisliklərə yox” tipli sadə şüarlar təklif edir. O, yeni parlament seçkiləri keçiriləcəyini, ABŞ-dan öz ölkəsinə milyardlarla dollar cəlb ediləcəyini, Avropa İttifaqı ilə vizasız rejim tətbiq olunacağını vəd edir. Bir sözlə, “yeni azad Ermənistan”ın qərbpərəst kursunun perspektivləri barədə vədlər verir.
Bəli, Paşinyan müəyyən məqamda ritorikanı dəyişərək hiylə işlətdi, guya Rusiya ilə normal münasibətlər qurmağa hazırlaşır. İnanmayın, qarşınızdakı satqın yaramaz rusofobun klassik nümunəsidir. Axı, bu adam həmişə öz ölkəsinin hökumətindən Kremlpərəst kursun dəyişdirilməsini tələb edir və parlamentdə Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması prosesinə başlamağa çalışırdı.
Böyük qardaş
Təəssüf ki, indi Ermənistanın məhz Rusiya tərəfindən müharibə yolu ilə əldə edilmiş torpaqlarda yaradılmasını xatırlayanlar azdır. XIX əsrin əvvəlində Peterburqda Cənubi Qafqazın xristian əhalisi üçün ayrıca vilayət təşkil edilməsi qərara alındı. Bu əhali həmin ərazidə yığcam şəkildə yaşayar, imperiya isə onu müdafiə etmək imkanına malik olardı. Erməni ailələri həmin vilayətə Rusiyanın bütün cənub ərazisindən, İrandan və Osmanlı imperiyasından köçürülmüşdü.
Hətta XIX əsrin axırlarında İrəvanın və ətraf yaşayış məntəqələrinin əhalisinin demək olar ki, yarısı müsəlmanlar idi. Yalnız köçkünlərin məskunlaşdırılması İrəvan quberniyasında ermənilərin sayca çoxluğuna şərait yaratdı. İnqilabdan sonra bu ərazi Ermənistan SSR oldu, özü də demək olar ki, bütünlüklə Moskvadan dotasiya alırdı. İttifaqın dağılması nəticəsində Ermənistan müstəqil ölkə statusu aldı, lakin bütün bu illər ərzində Rusiya Federasiyasının hərbi və iqtisadi himayəsində qaldı.
İndi isə qəddar düşmənlər Rusiyaya qarşı sanksiyalar tətbiq edir, hərbi bazalarla hədə-qorxu gəlir, belə bir vaxtda “müttəfiqlər” özlərinin əsl simasını göstərirlər. Yerevanda kütlə əllərində “Rusiya – rədd ol!” sözləri yazılmış plakatlar tutaraq bütün bəlaların kökünü Kremldə axtarır. Onlar başa düşmürlər ki, dünyada qüvvələrin indiki nisbətində Rusiya Federasiyası ilə qarşıdurmaya getmək Yerevan üçün ölümə bərabərdir.
Axı, Ermənistan öz əbədi düşmənləri olan Türkiyənin və Azərbaycanın çəkici ilə zindanı arasında qalıb. Əgər Rusiya bu regiondan gedərsə, Ermənistan bir ölkə kimi bəlkə də yer üzündən silinəcək. Qərb buna yol verməz. Lakin Ermənistan çox böyük ərazi itkisinə məruz qalacaq, qan içində boğulacaq və əsl aclığın, soyuğun nə demək olduğunu biləcək.
Parçala və hökm et
Artıq bütün regionun təhlükəsizliyini təmin edən Gümrüdəki Rusiya hərbi bazasının bağlanması və “Rusiyanın ermənilərə borclu müstəmləkəçi” olması barədə söhbətlər gedir. Moskvada bununla əlaqədar gurultulu əks-səda doğuran qalmaqal baş verib. Məşhur jurnalist Mixail Leontyev “Komsomolskaya Pravda” radiosunda Ermənistanı Rusiya üçün yük adlandıraraq bəyan edib ki, bu gün rusların köməyi olmasa, erməni xalqının bircə nümayəndəsi də mövcud olmazdı.
Leontyev elə belə də deyib: “Siz heç kimə lazım deyilsiniz! Bizdən başqa! Əgər siz özünüzə lazım deyilsinizsə və axmaqsınızsa buyurun, gedin, boğulun! Yalnız bizim dəstəyimiz sayəsində mövcud olan xalqın bizə satqınlıq edərək bizi şantaj etməyə haqqı yoxdur”. Lakin digər tərəfdən amerikalılar da buna çalışırlar – istəyirlər ki, bizi bütün dünya ilə savaşdırsınlar, hətta nominal “müttəfiqlərdən” də məhrum etsinlər. İndiki vəziyyətdə onları yalnız Rusiyada və Suriyada vəziyyətə təsir göstərmək şansı maraqlandırır. Cənubi Qafqazda müharibəni qızışdırmaq üçün ermənilərə siyasi böhran təşkil ediblər. Axı ABŞ-ın fikrincə, münaqişədə Rusiya ermənilərə kömək edəcək, azərbaycanlılar isə Türkiyədən kömək istəyəcəklər. Nəticədə “Türkiyə axını” və Suriya münaqişəsində Rusiya-Türkiyə əməkdaşlığını unutmaq lazım gələcək.

Digər xəbərlər
XƏBƏR LENTİ
ABŞ Bağdad etirazlarındakı qətllərə görə üç iraqlını qara siyahıya salıb
Füzuli rayon sakini kəsdiyi ağacın altında qalaraq xəsarət alıb
“Fənərbaxça” darmadağınla qalib gəlib
Abşeronda məktəbdə 17 yaşlı yeniyetmə bıçaqlanıb
Türkiyə XİN: “Jurnalistləri yaralayan fransız polislərə görə Fransa hökumətinə çağırış edirik” - FOTO
Bakıda dörd avtomobil toqquşub - FOTO
Bakıda avtomobil gənc oğlanı vuraraq qaçıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - YENİLƏNİB
Xaçmazda avtoqəzada ölən ikinci şəxsin də kimliyi məlum olub - YENİLƏNİB-1
Xocalıdan olan məcburi köçkünlər də ağacəkmə aksiyasında iştirak ediblər
Deputat Yevda Abramov dünyasını dəyişib
Hulusi Akar: "Türkiyə terrorla mübarizədə yalnız buraxıldı"
"Qarabağ" xal itirib
ABŞ-da hərbi aviabazada baş vermiş atışma zamanı ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB-1
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər - YENİLƏNİB
Opera və Balet Teatrında “Şelkunçik” nümayiş olunacaq
AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb
Sumqayıt sakini dəm qazından boğulub
Fiziki məhdudiyyətli insanların da iştirak etdiyi "Solğun sevgilər" tamaşasının premyerası olub
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
Azərbaycanla Gürcüstan arasında təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq müzakirə edilib
Baş Nazir Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Layçak: “ATƏT-in qərarlarını məcbur qəbul etdirmək kimi bir mexanizmi yoxdur"
Slovakiyada yaşayış binasında partlayış olub, 5 nəfər ölüb
ETSN: Ağacəkmə kampaniyasında Sabirabad, Şamaxı və İsmayıllı rayonları daha fəal iştirak edib
Nazir müavini: "Aksiyada əkilən ağacların sayı 650 mini keçib"
Nazirlik: Ağacəkmə aksiyasında mədəniyyət müəssisələri yaxından iştirak edir
İran Azərbaycanla kosmik sahədə əməkdaşlıqda maraqlıdır
Merkel: “Alman faşistlərinin törətdiyi cinayətlərə görə utanıram”
“Aprel” bədii filminin tizerinin təqdimatı keçirilib
Qaçqın və məcburi köçkünlər arasında gender zorakılığının qarşısının alınmasına dair layihə həyata keçirilir
Albaniya Baş Naziri: "Uzadılmış münaqişələrin həlli istiqamətində səylər gündəliyimizin əsasını təşkil edəcək"
Azərbaycanın investisiya şirkətlərinin birja dövriyyəsi üzrə renkinqi
Azərbaycanın ən güclü sərbəst güləşçiləri müəyyənləşib
Brüsseldə Avropa Parlamentinin bəzi üzvlərinin Dağlıq Qarabağa qanunsuz səfərlərinə etiraz edilib
“Azercell”in "Audio Kitab" layihəsində Nəsiminin qəzəlləri səsləndirilib
OPEC+ ölkələri neft hasilatını bir qədər də azaldacaq
BFB-nin dövriyyəsi 4% azalıb
Azərbaycanda sərnişin qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək
Qorxmaz Hüseynov: Ermənistanla yaranmış münaqişə Azərbaycanı bəzi yerli su mənbələrindən məhrum edib
İstirahət günləri üçün hava proqnozu
Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs tutulub - FOTO
Sergey Lavrov ABŞ-a səfər edəcək
"Bakutel 2019" sərgisində "Danışan məktub" filminin tiflo və surdo şərhli versiyası təqdim olunub
Almaniya Auşvitz düşərgəsinin restavrasiyası üçün 60 milyon avro ayıracaq
Səbaildə 4800 növ ağac əkilib
“Çelsi”nin transfer qadağası ləğv edilib
"Fitch": Gələn il ABŞ, Çin və Avrozonada iqtisadi artım yavaşlayacaq - PROQNOZ
Azərbaycanda "Hökumət buludu"nun arxitekturası hazırlanıb
FİFA siyahısından çıxarılan azərbaycanlı hakim karyerasını başa vurub

VİDEO XƏBƏRLƏR


Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub - VİDEO

Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO

"Azəriqaz" abonentlərdən qanunsuz pul tələb edən şəxsin görüntülərini yayıb - VİDEO

Türkiyəli nazir Azərbaycan şəhidinin övladının əlindən öpüb - FOTO - VİDEO

FOTO XƏBƏRLƏR

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramı açıqlanıb

Hər zaman aldığımız karamel nədir və onun hansı növləri var? - FOTO - VİDEO

Azərbaycan yığmasının 7 cüdoçusu “Top-20”də yer alıb

“Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub - FOTOSESSİYA
