Ağsu və Qəbələdə yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib

Yanğına qarşı maarifləndirmə tədbiri

© APA | Yanğına qarşı maarifləndirmə tədbiri

# 27 dekabr 2021 12:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağsu rayon Heydər Əliyev Mərkəzində və Qəbələ Mədəniyyət Mərkəzində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə iştirakçılara inzibati binalarda yanğın təhlükəsizliyinə dair tələblər, o cümlədən ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR