Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı açıqlanıb

Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı açıqlanıb
# 14 yanvar 2022 14:40 (UTC +04:00)

“Xroniki böyrək xəstəliyi statistik olaraq 1 milyon əhaliyə hesablanır”.

APA-nın məlumatına görə, bunu "TƏBİB məsləhəti" proqramında Akademik M. C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev deyib.

F. Babayev bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində 1 milyon əhaliyə 1000-1200, hətta 1800 böyrək çatışmazlığı olan xəstə düşür: “Azərbaycanda bu rəqəm 560-600 civarındadır. Onların da 40-45 %-i konservativ müalicə effekt vermədiyi hallarda hemodializ müalicəsi olunur”.

Həkim diqqətə çatdırıb ki, bu xəstəliyin cinsi olmur: “Amma Azərbaycanda daha çox kişilərdə rast gəlinir. Xroniki böyrək çatışmazlığından ölüm riski də daha çox kişilərdədir. Burada ölümün baş vermə səbəbləri əsasdır. Xəstələr vaxtında həkimlərə müraciət etmirlər. Təklif olunan müalicə metodlarını bəzi xəstələr qəbul etmirlər”.

Həkim qeyd edib ki, əgər xəstə içdiyi su qədər bədəndən mayeni ifraz edirsə, bol su içə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR