Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 25 dekabr 2021 18:35 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 436 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 578, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 249, buster doza üzrə vaksinasiya olunanların sayı isə 20 609 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 203 595, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 155 907, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 659 458, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 388 230 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR