Azərbaycanda vəkillərin sayı açıqlanıb

Anar Bağırov

© APA | Anar Bağırov

# 28 dekabr 2021 10:32 (UTC +04:00)

“Bu gün Azərbaycan vəkilliyi böyüyür, inkişaf edir. 113 nəfər yeni vəkilimiz bu gün and içir. Bununla da ölkədə vəkillərin sayı 2132 nəfərə çatacaq”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, ilk dəfə olaraq ölkə tarixində vəkillərin sayı 2100 nəfəri keçəcək: “Eyni zamanda son illər ərzində vəkillik sahəsində böyük islahatlar aparılıb. Vəkillik müasirləşir, təkmilləşir. Artıq vəkillikdə vətəndaşlara elektron xidmətlər həyata keçirilir. Hazırda bütün vəkillərin elektron kabineti var. Eyni zamanda dövlət hesabına vətəndaşlara göstərilən xidmətlərdə islahatlar aparılıb. 2020-ci ildən etibarən bütün proses Vəkillər Kollegiyası tərəfindən idarə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR