Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb - VİDEO

Nazirlər Kabineti

© APA | Nazirlər Kabineti

# 22 dekabr 2021 12:32 (UTC +04:00)

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 mart saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR