Bağçada şiddətə məruz qalan uşağın vəziyyəti öyrəniləcək

Bağçada şiddətə məruz qalan uşağın vəziyyəti öyrəniləcək
# 14 yanvar 2022 12:28 (UTC +04:00)

“İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ araşdırılır. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

O qeyd edib ki, hər şeydən əvvəl məktəbəqədər təhsil müəssisəsində təhsilverənin psixoloji vəziyyəti qiymətləndirilməlidir: “Bu müəssisələrdə bir ildən bir tərbiyəçilər tibbi psixoloji müayinədən keçirlər. Artıq həmin tərbiyəçi Əmək Məcəlləsinin 70 -ci maddəsinə əsasən vəzifəsindən azad edilib. Uşağın vəziyyəti öyrəniləcək və ailə ilə görüş keçiriləcək. Uşağın yaşı çox azdır, o, artıq travma alıb. Uşaq məktəbəqədər təhsil pilləsində ilkin bacarıq və vərdişlərə yiyələnir. Amma bu zaman uşağın travma alması yolverilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR