Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 137 şagird inklüziv təhsilə cəlb edilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır.
Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.