Baş Prokurorluğun nümayəndəsi Azərbaycan-Aİ əməkdaşlığı üzrə alt-komitənin iclasında iştirak edib

Baş Prokurorluğun nümayəndəsi Azərbaycan-Aİ əməkdaşlığı üzrə alt-komitənin iclasında iştirak edib
# 26 may 2023 19:17 (UTC +04:00)

Azərbaycan Prokurorluğunun nümayəndəsi Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən alt-komitənin iclasında iştirak edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 22-23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsi çərçivəsində fəaliyyət göstərən Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya alt-komitəsinin 10-cu iclası keçirilib.

Sözügedən tədbirdə ölkəmizi digər qurumların nümayəndələri ilə yanaşı, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Anar Tağıyev təmsil edib.

Görüşlərdə qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, bu sahədə beynəlxalq əməkdaşlıq, miqrasiya, sığınacaq və sərhədlərin idarə olunması, korrupsiyaya qarşı mübarizə və preventiv tədbirlər, fərdi məlumatların mühafizəsi və digər aidiyyəti məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən nümayəndəmiz ölkəmizdə bu sahədə qəbul edilmiş milli fəaliyyət planları və onların icra vəziyyəti, çirkli pulların yuyulması və aktivlərin bərpası sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar, bu sahədə beynəlxalq qurumlarla əməkdaşlıq və digər görülmüş işlər barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR