Bu il regionlarda 4 DOST mərkəzi açılacaq

DOST Agentliyi

© APA | DOST Agentliyi

# 14 yanvar 2022 11:43 (UTC +04:00)

“DOST Agentliyi artıq Bakı şəhərini tam əhatə edir”.

APA-nın məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə yeni mərkəzlərin açılması ilə, eyni zamanda 5 saylı DOST mərkəzinin açılması ilə Bakıda mərkəzlərin sayı yekunlaşdırılacaq: “Bu il əsas regional mərkəzlərin Bərdədə, Qubada, Sabirabadda və Gəncə şəhərində açılması planlaşdırılır. Gəncə DOST mərkəzi ilə bağlı layihə artıq təsdiqlənib. Çox güman ki, bu ilin sonu, yaxud gələn il Gəncə DOST mərkəzinin açılışı baş tutacaq".

S. Alıyev qeyd edib ki, əsas məqsədlərdən biri “Virtual DOST” layihəsini həyata keçirmək, mərkəzlərə birbaşa gəlmədən müxtəlif kanallar vasitəsilə müraciət edib xidmətlərdən yararlanmaqdır: ""Virtual DOST” DOST-un gələcək əsas fəaliyyətlərindən biri olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR