Daşkəsənin ucqar kəndlərində elektrik yarımstansiyalarının açılışı olub - FOTO

Daşkəsənin ucqar kəndlərində elektrik yarımstansiyalarının açılışı

© APA | Daşkəsənin ucqar kəndlərində elektrik yarımstansiyalarının açılışı

# 24 dekabr 2021 11:31 (UTC +04:00)

Daşkəsən rayonunun Zağalı və Əhmədli kəndlərinin ərazisində müasir formada tikilərək istifadəyə verilən “Zağalı” və “Əhmədli” elektrik yarımstansiyalarının açılış olub. Açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi günündə baş tutub.

APA-nın yerli bürosunun məlumatına görə, açılış tədbirində rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, “Azərişıq” ASC-nin sədr müavini Qədir İsmayılov, “Azərişıq” ASC-nin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib. Tədbirdə bildirilib ki, Prezident İlham Əliyevin Fərmanına əsasən, işğaldan azad edilmiş Kəlbəcər rayonunun dağıdılmış elektrik təsərrüfatının bərpası, xüsusən də ərazidə yeni yaradılan obyektlərin elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC zəruri tədbirlər həyata keçirib, 18 iyul 2021-ci il tarixdə Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin olunub. Bu məqsədlə yeni 110 kilovoltluq “Kəlbəcər” hava xətti 20 kilometr məsafədə Daşkəsən rayonu ərazisindən çəkilib.

Cari ildə Daşkəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin edən Kəlbəcər xəttinin üzərində 110 kilovoltluq Daşkəsən rayon “Əhmədli” yarımstansiyası qurulub və həmin mənbədən də elektrik verilişi xətti çəkilərək tam müasir standartlara cavab verən 35 kilovoltluq “Zağalı” elektrik yarımstansiyası inşa edilib.

“Əhmədli” və “Zağalı” elektrik yarımstansiyalarının istifadəyə verilməsi Daşkəsən rayonunun iri yaşayış məntəqələrindən olan Xoşbulaq, Zağalı, Qazaxyolçular və digər kəndlərin hələ sovetlər dövründən bəri narazılıq yaradan əhalinin elektrik enerjisi ilə bağlı problemini tamamilə aradan qaldıracaq və bununla da sakinlər 24 saat dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə daimi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR