DSX sərhəd buraxılış məntəqələrində yaranmış ləngimələrə aydınlıq gətirib

DSX sərhəd buraxılış məntəqələrində yaranmış ləngimələrə aydınlıq gətirib
# 18 mart 2023 11:44 (UTC +04:00)

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

"Operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılmış, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR