Elm və Təhsil Nazirliyi deputat Musa Qasımlıya cavab verib

Elm və Təhsil Nazirliyi deputat Musa Qasımlıya cavab verib
# 17 mart 2023 19:44 (UTC +04:00)

"Təəssüf edirik ki, deputat Musa Qasımlı Yardımlı rayonu Solqard ibtidai məktəbi barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yanlış təəssürat yaradıb".

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat "Reyhan MMC" tərəfindən yenidən inşa edilib: "80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4-5 şagird təhsil alıb. Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti dayandırıb".

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Musa Qasımlı Yardımlı rayonunun Solqard kəndində müasir məktəb binasının tikildiyini, lakin 2022-2023-cü tədris ilində məktəbin bağlandığını bildirib. Deputat buna görə Elm və Təhsil Nazirliyini tənqid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR