Güclü külək Mingəçevirdə 20-dən çox ağacı aşırıb - FOTO - VİDEO

Güclü külək Mingəçevirdə 20-dən çox ağacı aşırıb - FOTO  - VİDEO
# 15 yanvar 2022 16:33 (UTC +04:00)

Küləkli hava Mingəçevirdə bir neçə ağacın aşmasına səbəb​ olub.

APA-nın yerli bürosunun xəbərinə görə, gecədən başlayan və gün ərzində davam edən güclü külək şəhərin müxtəlif istiqamətlərində fəsadlara yol açıb.

Heydər Əliyev prospekti, 20 yanvar, Üzeyir Hacıbəyov, Təbriz və digər küçələrdə qovaq, akasiya və həmişəyaşıl ağacları tam, yaxud qismən gövdəsindən ayrılaraq aşıb. Ümumilikdə 20­-dən çox belə hal qeydə alınıb. Onlardan təxminən 11-i iri, digərləri isə nisbətən kiçik gövdəli və yarıdan qırılıb düşən ağaclar olub.

Təsərrüfat müəssisələri fəsadları aradan qaldırır.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR