İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib.
Bu barədə APA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Naxçıvan stansiyasından 68 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 3 bala qədər hiss olunub.