KTM-in elektrik enerjisi təchizatında yaranan fasilə aradan qaldırılıb

Kliniki Tibbi Mərkəz

© APA | Kliniki Tibbi Mərkəz

# 24 dekabr 2021 12:29 (UTC +04:00)

“Bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi (KTM) elektrik enerjisi ilə təmin edən yüksək gərginlikli hava xəttində açılma baş verib və elektrik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub”.

APA-nın məlumatına görə, bu barədə KTM-in İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.

O qeyd edib ki, mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektrik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır: “Kliniki Tibbi Mərkəzin ümumilikdə 5 ədəd elektrik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib. Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektrik enerjisinin verilişində problem yaşanmayıb. Bir daha bildiririk ki, elektrik enerjisinin verilişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR