Masallıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb

Masallıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb
# 16 yanvar 2023 16:38 (UTC +04:00)

Masallıda şagird məktəbin 3-cü mərtəbəsindən yıxılıb.

APA xəbər verir ki, hadisə Masallıdakı 1 saylı məktəbdə baş verib.

Məsələ ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2008-ci il təvəllüdlü şəxs (cinsi qadın) saat 13:15 radələrində Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib. Müştərək travma ağrıları və yumşaq toxumaların əziyi diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti stabil qiymətləndirilir.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 16 yanvar 2023-cü il tarixdə, saat 13:00 radələrində Masallı şəhər R.Əlihəsənov adına 1 saylı tam orta məktəbin IX sinif şagirdi Məlikzadə Firuzə Məlik qızı özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb. Hadisə baş verdikdən dərhal sonra “103” təcili tibbi yardım briqadasına məlumat verilib və F.Məlikzadə Masallı Rayon Mərkəzi Xəstaxanasına yerləşdirilib:

"İlkin həkim müayinəsi zamanı məlum olub ki, F.Məlikzadənin vəziyyəti stabildir.

Hazırda məktəbli Masallı Rayon Mərkəzi Xəstaxanasının Reanimasiya şöbəsində nəzarətdə saxlanılır və vəziyyəti orta qiymətləndirilir. Hadisə ilə bağlı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək".

Səlcuq Elçin

İlkin Rzayev

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR