"Naxçıvan" Universitetinin Avropanın nüfuzlu universitetləri ilə əlaqələri genişlənir - FOTO

"Naxçıvan" Universitetinin Avropanın nüfuzlu universitetləri ilə əlaqələri genişlənir - FOTO
# 17 mart 2023 16:24 (UTC +04:00)

"Naxçıvan" Universitetinin rektoru, dosent Anar Kazımov, universitetin tədris şöbəsinin müdiri Anar Abuzərli, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərlinin Litvanın Mikolos Romeris Universitetinə səfəri baş tutub.

APA” xəbər verir ki, səfər çərçivəsində ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə birgə qərarlar qəbul edilib. "Naxçıvan" Universitetinin beynəlmiləşmə strateji hədəflərinə uyğun olaraq tələbə və müəllim mübadiləsi yerinə yetirmək, birgə konfrans və təlimlərin təşkili razılaşdırılıb. Eyni zamanda, iki universitet arasında ikili diplom proqramının işlənib hazırlanmasına qərar verilib.

"Naxçıvan" Universiteti rektorunun dəvətini qəbul edən Litva Universiteti rektoru professor İnqa Zaleniene yaxın zamanda əməkdaşlıq haqqında razılaşma imzalamaq məqsədilə universitetə səfər edəcəyini bildirib.

Qeyd edək ki, səfər Avropa Komissiyasının maliyyələşdirdiyi Bakı Biznes Universitetinin kordinatoru olduğu ECAR layihəsi çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR