Naxçıvanda 11 Vətən müharibəsi iştirakçısı polis orqanlarına qəbul olunub - FOTO

Naxçıvanda 11 Vətən müharibəsi iştirakçısı polis orqanlarına qəbul olunub - FOTO
# 18 mart 2023 21:59 (UTC +04:00)

Martın 18-də Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Sıra baxışında muxtar respublikada yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər.

Tədbirdə 11 nəfər Vətən müharibəsi iştirakçısı, 5 nəfər şəhid ailəsi üzvü olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR