Qumar oyunlarının təşkilatçısının və satıcısının reklamına görə cərimə müəyyənləşir

Qumar oyunlarının təşkilatçısının və satıcısının reklamına görə cərimə müəyyənləşir
# 27 dekabr 2021 13:29 (UTC +04:00)

Qumar oyunlarının və belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının, o cümlədən keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, idman, mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman, mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər 800 manatdan 900 manatadək, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər 8000 manatdan 9000 manatadək məbləğdə cərimə ediləcək.
Layihə üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR