Sabah hava arabir yağıntılı olacaq, 22-si axşamdan əksər rayonlarda tədricən kəsiləcək

Sabah hava arabir yağıntılı olacaq, 22-si axşamdan əksər rayonlarda tədricən kəsiləcək
# 19 mart 2023 12:15 (UTC +04:00)

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, martın 19-da bəzi yerlərdə arabir yağış yağıb.

Yağan yağıntının miqdarı Göyçayda 7.0 mm, Balakəndə 5.0 mm, Qaxda 2.0 mm, Zaqatala, Qobustan, Qusar, Şəki, Yevlaxda 1.0 mm-dək olub.

Daşkəsən, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qrız, Şahdağ, Göyçay, İmişli, Kürdəmir, Neftçala, Biləsuvar, Lənkəran, Lerikdə, eləcə də Bakıda və Abşeron yarımadasında duman müşahidə olunub, görünüş məsafəsi 300 metrədək məhdudlaşıb.

Havanın temperaturu martın 18-də Bakıda iqlim normasından 6.2° yüksək olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17°-dək isti, Naxçıvanda 20°-dək isti, dağlıq rayonlarda 13°-dək isti, aran rayonlarında 23°-dək isti olub.

Martın 20-dən bəzi rayonlarda arabir yağıntılı olacağı, 22-si axşamdan əksər rayonlarda tədricən kəsiləcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR