Siyavuş Novruzov: “Gənclər arasında narkomaniya geniş yayılıb” - VİDEO

Siyavuş Novruzov

© APA | Siyavuş Novruzov

# 27 dekabr 2021 12:37 (UTC +04:00)

“Gənclər arasında narkomaniya geniş yayılıb”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyvuş Novruzov “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dekabrın 23-də polis narkotik satan, yaşı 30-dan aşağı olan 33 gənci saxlayıb: “Bu, tək bir günün statistikasıdır. DİN-in, Gömrük Komitəsinin statistikaları var. Biz hamılıqla buna qarşı mübarizə aparmalıyıq. Gənclərin düzgün tərbiyə olunmasına çalışmalıyıq. Ailə problemlərinin çox hissəsi də burdan başlayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR