TƏBİB: Qəbələdə yol qəzasında xəsarət alan 20 nəfərdən 9-u evə buraxılıb - YENİLƏNİB

TƏBİB: Qəbələdə yol qəzasında xəsarət alan 20 nəfərdən 9-u evə buraxılıb  - YENİLƏNİB
# 26 may 2023 16:13 (UTC +04:00)

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili tibbi yardım şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.

***

14:16

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

TƏBİB-dən APA-ya bildirilib ki, hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR