Ukraynalı uşaqlara dəstək üçün xeyriyyə müsabiqəsi keçirilir

Ukraynalı uşaqlara dəstək üçün xeyriyyə müsabiqəsi keçirilir
# 20 aprel 2022 16:40 (UTC +04:00)

Ukraynalı uşaqlara dəstək üçün xeyriyyə müsabiqəsi keçirilir.

APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirlikdən bildirilib ki, bu layihə Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin nümunəsidir. Layihənin məqsədi atəş və bombardman nəticəsində gündəlik təhlükə altında olan ukraynalı uşaqlara azərbaycanlı uşaqların dəstəyini və həmrəyliyini nümayiş etdirmək, mənəvi dəstəklə yanaşı, ukraynalı uşaqlar üçün xeyriyyə yardımı, eləcə də Ukraynaya humanitar yardım cəlb etməkdən ibarətdir: “Ukraynalı uşaqlara dəstək müsabiqəsində iştirak etmək üçün 30 iyun 2022-ci il tarixinədək tematik və ya əl işləri hazırlamaq və https://kidsart.az saytında yerləşdirmək lazımdır. Qaliblər səsvermə yolu ilə müəyyən olunacaq və onlara təşkilatçılar tərəfindən - Kids.Art ictimai təşəbbüsündən qiymətli hədiyyələr, həvəsləndirici mükafatlar təqdim olunacaq”.

Müsabiqə Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Müsabiqə şərtlərinə dair ətraflı məlumatı bu link üzrə https://kidsart.az və ya bu telefon nömrəsi üzrə +994507770277 almaq mümkündür.

Qeyd edək ki, Ukraynanın “Uşaqlarının Səsi” Fondunun saytından (https://voices.org.ua/donat/) istifadə edərək ukraynalı uşaqlara xeyriyyə yardımı göstərmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR