UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib
# 17 mart 2023 16:50 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb.

Universitetdən APA-ya verilən xəbərə görə, UNEC kollektivi ilə ahılları ziyarət edən Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, UNEC-in departament direktoru dosent Gülnarə Rzayeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Novruz bayramı münasibətilə onları təbrik edərək, uzun ömür, cansağlığı və xoş günlər arzulayıblar.

UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Həmkarları İttifaqı Təşkilatının Novruz bayramının ənənəvi “papaq atmaq” adətinə uyğun olaraq həyata keçirdiyi “KitabAt” layihəsi çərçivəsində ahıllara kitablar hədiyyə olunub. Sakinlər “KitabAt” layihəsini maraqla qarşılayaraq, sevinclərini ifadə ediblər.

Görüşdə universitetin Yaradıcılıq Mərkəzinin üzvləri ahıllar qarşısında musiqi və rəqslər nömrələri ilə çıxış ediblər. UNEC kollektivi ilə ahıllar birlikrdə rəqs edərək, unudulmaz anlar yaşayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR