Xankəndi-Laçın yolundakı aksiya 41 gecədir davam edir - VİDEO

Xankəndi-Laçın yolundakı aksiya 41 gecədir davam edir - VİDEO
# 21 yanvar 2023 22:09 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və qeyri hökumət təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanır.

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, ekofəallar aksiyanı bu gecə də davam etdirəcəklərini bildiriblər.

Hazırda Şuşada qar yağır, havanın tempraturu -3 dərəcədir.

Ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Берегите природу!” (Təbiəti qoruyun), "Экоциду нет! Мониторингу да!" (Ekosidə yox! Monitorinqə hə!) şüarlarını səsləndirirlər.

Bu gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlı kontingentinə məxsus ümumilikdə 50 avtomobil aksiya keçirilən ərazidən keçib.

Aksiya iştirakçıları tərəfindən onların keçməsinə şərait yaradılıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR